Rövşən Əsgərovun Rusiyada 130 min borcu var?
Rayonlara nə qədər qar yağıb?
İntihara cəhd edən gənc şairin vəziyyəti ağırdır!
Sabah da qar yağacaq
Üç israilli girov Qırmızı Xaç işçilərinə təhvil verildi
Təhsil eksperti azadlığa buraxıldı
Ramin İsmayılov işdən çıxarıldı
“Gərək “Azərişıq“da da adamın olsun“
Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?


27.12.2022  15:29 

İlham Tumas xəstəxanaya yerləşdirilib





A+  A-

Tanınmış jurnalist, Qarabağ qazisi İlham Tumas xəstəxanaya düşüb. Hazırda Respublika Klinik Xəstəxanasının Nevrologiya şöbəsində müalicə alır.

XəzərNews.az xəbər verir ki, məlumatı İlham Tumasın yaxın dostu Rey Kərimoğlu yayıb.

Onun dediklərinə görə, həmkarı çox kritik vəziyyətdə xəstəxanaya yerləşdirilib. Ardıcıl sudurqalar keçirib:

“44 günlük müharibədən sonra İlham Tumasın səhhətində müəyyən problemlər yaranıb. Axırıncı dəfə bir gecədə 3 dəfə ardıcıl sudurqa keçirib və ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib. Hazırda vəziyyəti stabildir. Qəflətən səhhəti pisləşən İlham Tuması jurnalist Qorxmaz Tofiqoğlu xəstəxanaya çatdırıb. Həkimlərin bildirdiyinə görə, jurnalist əsəb sarsıntısı keçirib və dərhal müdaxilə edilib”, - deyə Rey Kərimoğlu qeyd edib.

O bildirib ki, İlham Tumas birinci Qarabağ müharibəsində 2 dəfə - könüllü və zabit kimi iştirak edib. Azərbaycanın tanınmış döyüşçüləri general Polad Həşimovla, Raquf Orucovla birlikdə xidmət edib. 44 günlük Vətən müharibəsində də Baş leytenant olaraq orduya çağırılıb. Cəbhənin cənub istiqamətində gedən döyüşlərdə iştirak edib. Müharibədən sonra medallarla təltif edilib.

Həmçinin Rey Kərimoğlu qeyd edib ki, TƏBİB jurnalistin müalicəsi ilə yaxından maraqlanır və lazım olan köməkliyi, diqqəti göstərir. Bununla bağlı Qarabağ qaziləri TƏBİB-ə təşəkkürünü bildirib.

İlham Tumasın səhhəti ilə bağlı vəziyyət Azərbaycan Mətbuat Şurasının sədri Rəşad Məcidin diqqətindədir.

Xəbər 922 dəfə oxunub.



23.02.2025  09:37 

Rayonlara nə qədər qar yağıb?

22.02.2025  16:09 

Sabah da qar yağacaq

22.02.2025  15:42 

Viktor Qonçarov həbs EDİLDİ

22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq


BÜTÜN XƏBƏRLƏR +