Mehdiyevin səhhətində ciddi problem yaranıb?
Tramp Ukrayna üzrə xüsusi nümayəndə təyin edib
Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib
Vahid Əziz “Şərəf“ ordeni ilə təltif edilib
Mahir Cavadov psixiatriya xəstəxanada müalicə olunur
İcra Hakimiyyətinin 6280 manat borcu var
Sakinlər “LOFT“ restoranını ittiham edirlər
Tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Qəzəlxan Hacı Arif Buzovnalı vəfat edib
Forum təcrübə mübadiləsinə stimul verilə bilər - Niyaz Niftiyev


10.10.2018  09:05 

9 ayda 5,3 milyard manat vergi toplanıb





A+  A-

“Ölkə iqtisadiyyatında müşahidə olunan müsbət trendlər fonunda cari ilin 9 ayında 5 milyard 298 milyon manat həcmində proqnoza qarşı 5 milyard 306 milyon manat vergi toplanıb, proqnoza 100,2 faiz əməl olunub”.
XəzərNews.az xəbər verir ki, bu barədə vergilər naziri Mikayıl Cabbarov Nazirlər Kabinetinin 2018-ci ilin doqquz ayının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında məlumat verib.

Nazirin sözlərinə görə, ödənilən vergilərin 65,8 faizi qeyri-neft sektorunun payına düşür.

Eyni zamanda, neft-qaz sektorunda həyata keçirilən investisiya layihələrinin aktiv fazasının başa çatması qeyri-neft sektorundan vergi daxilolmalarına təsir etsə də, qeyri-neft sektorunun digər sahələrindən daxilolmaların artması, həmçinin neft sektorundan olan artım hesabına 2018-ci ilin 9 ayında əvvəlki ilin eyni dövrü ilə müqayisədə 1,6 faiz və ya 81,4 milyon manat çox vəsait toplanıb.

M.Cabbarov bildirib ki, cari ilin 9 ayında qeyri-neft sektorunun özəl bölməsındən vergi yığımları 7 faiz artıb, onun qeyri-neft vergilərində xüsusi çəkisi ötən ilin müvafiq dövründəki 51 faizdən 59 faizə yüksəlib:

“Regionların sosial-iqtisadi inkişafı konsepsiyasının uğurla həyata keçirilməsi, o cümlədən yeni iş yerlərinin açılması vergitutma bazasının genişləndirilməsi ilə nəticələnib, hesabat dövründə regionlardan vergi daxilolmaları 508,0 milyon manat təşkil etməklə, ötən ilin müvafiq dövrü ilə müqayisədə 12,0 faiz artıb. Tədiyə növləri üzrə aparılan təhlil göstərir ki, qeyri-neft sektorundan daxil olan bütün vergi növləri üzrə artım qeydə alınıb”.

Xəbər 3541 dəfə oxunub.




22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +