Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı
Teymur Musayevə ağır itki üz verib
Prezident üç fərman imzaladı
Qəzənfər Ağayev hər il bu şirkətə yol təmir etdirir
Səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur...-Nazir
Ağac avtomobilin üzərinə aşdı -VİDEO
Daha bir şadlıq evində yoxlamalar aparılıb -FOTO
Homoseksual öz əmisi tərəfindən qətlə yetirildi
Almaniya bu ölkənin vətəndaşlarını ölkəsinə buraxmır


29.03.2019  16:21 

Baş prokuror Biləsuvarda vətəndaşları qəbul edib





A+  A-

Azərbaycan prezidenti İlham Əliyevin dövlət qurumları tərəfindən insanlara layiqli xidmət göstərilməsi, vətəndaşların müraciətlərinə qayğı və həssaslıqla yanaşılması ilə bağlı tapşırıqları prokurorluq orqanları tərəfindən daim diqqətdə saxlanılmaqla vətəndaşların qəbulu, onların ərizə və şikayətlərinə baxılaraq həll olunması üçün müvafiq tədbirlər görülür.
XəzərNews.az xəbər verir ki, Baş prokuror Zakir Qaralov martın 29-da Biləsuvar rayon prokurorluğunun inzibati binasında Biləsuvar, İmişli, Cəlilabad, Neftçala və Cəbrayıl rayon rayonlarından olan vətəndaşları qəbul edib.

Qəbuldan əvvəl Baş prokuror və Biləsuvar rayon İcra Hakimiyyətinin başçısı xalqımızın ümummilli lideri Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət etmiş, önünə gül dəstələri düzərək əziz xatirəsini ehtiramla yad ediblər.

Baş Prokurorluğun məsul əməkdaşlarının, habelə əlaqədar tabe prokurorların iştirakı ilə keçirilən qəbulda Baş prokuror bölgədə yaşayan 34 vətəndaşın müraciətini dinləyərək, qaldırılan məsələlər üzrə onların qanunauyğun və operativ şəkildə həll edilməsi üçün Baş Prokurorluğun əlaqədar struktur qurumlarının rəhbərlərinə və tabe rayon prokurorlarına müvafiq göstərişlər verib.

Vətəndaşların müraciətlərinin bir qismi yerindəcə həllini tapmış, digər müraciətlər isə araşdırılması üçün nəzarətə götürülüb.

Bölgə sakinlərinin yerlərdə qəbulu və müraciətlərinə baxılması üçün rahat və əlverişli şərait yaradılmasından razılıqlarını ifadə edən vətəndaşlar göstərilən diqqət və qayğıya görə dövlət başçısına minnətdarlıqlarını ifadə ediblər.

Xəbər 2867 dəfə oxunub.




06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı

06.11.2025  12:06 

Əhaliyə xəbərdarlıq: Sabah...

06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək


BÜTÜN XƏBƏRLƏR +