Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


06.11.2025  10:03 

Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları





A+  A-

AGMA-nın təşkilatçılığı və Azərbaycan Respublikası Gənclər Təşkilatları Milli Şurasının "Şəbəkə: Gənclər Təşkilatlarının fəaliyyətlərinə dəstək" proqramı çərçivəsində “Süni intellekt və təhsil: Müasir müəllimin yeni bacarıqları” adlı yeni layihəyə start verilir.

XəzərNews.az xəbər verir ki, Süni intellekt artıq təhsilin ayrılmaz hissəsinə çevrilib. Müəllimlər üçün bu texnologiyaları tanımaq və dərs prosesində səmərəli şəkildə tətbiq etmək artıq zərurətdir.

Bu məqsədlə həyata keçirilən layihə çərçivəsində 20 nəfər gənc müəllim 2 gün müddətində təlimlər, qrup işləri və vörkşoplarda iştirak edərək təcrübə və bacarıqlarını inkişaf etdirəcəklər.

Təlimlərdə siz nələri öyrənəcəksiniz?
• Süni intellektin əsas anlayışları və təhsildə tətbiqi sahələri;
• ChatGPT, Canva AI, Google Gemini kimi alətlərlə işləmək bacarıqları;
• Fərdiləşdirilmiş tədris metodları və praktiki dərs planlarının hazırlanması;
•Təhsildə süni intellektin etik və məsuliyyətli istifadəsi;

Əsas məqsədi gənc müəllimlərin süni intellekt texnologiyaları sahəsində bilik və bacarıqlarını artırmaq, təhsildə innovasiyaları təşviq etmək və rəqəmsal transformasiyaya dəstək vermək olan layihə Bakı şəhərində həyata keçiriləcək.

Qeydiyyat üçün son gün 15 noyabrdır.

Qeyd edək ki, rayonlardan qatılan iştirakçıların qonaqlanma və yemək xərcləri təşkilat tərəfindən qarşılanacaq.

Qeydiyyat linki:
https://forms.gle/p4v7vDtPLg48qVM97

İsmayıl Rəhimoğlu

Xəbər 1226 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +