Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı
Teymur Musayevə ağır itki üz verib
Prezident üç fərman imzaladı
Qəzənfər Ağayev hər il bu şirkətə yol təmir etdirir
Səhiyyə xərclərinə ayrılan məbləğ tarixi rekorddur...-Nazir
Ağac avtomobilin üzərinə aşdı -VİDEO
Daha bir şadlıq evində yoxlamalar aparılıb -FOTO
Homoseksual öz əmisi tərəfindən qətlə yetirildi
Almaniya bu ölkənin vətəndaşlarını ölkəsinə buraxmır


29.10.2025  14:48 

Mehdiyevin oğlu Duzdağda böyük narazılıq yaradıb





A+  A-

Ramiz Mehdiyevin oğlu, fövqəladə hallar nazirinin müavini Teymur Mehdiyev sahibləndiyi Naxçıvanın Duzdağ mədənlərində böyük narazılıq yaradıb.

XəzərNews.az Musavat.com-a istinadla xəbər verir ki, hazırda mədənlərdə çalışan fəhlələr işsizdir, istehsal dayanıb, yerli duz bazardan yoxa çıxmaq üzrədir.

Formal olaraq işlərin dayandırılması “çökmə riski” ilə əlaqələndirilir, amma yerli sakinlər və mədən işçiləri deyir ki, bu “risk” sadəcə bəhanədir, süni şəkildə yaradılmış ajiotajdan başqa bir şey deyil.

“Gündəlik Naxçıvan”ın əməkdaşına danışan işçilərin dediyinə görə, artıq bir neçə gündür bütün mədənlərə giriş-çıxış qadağan olunub, duz çıxarılması tam dayandırılıb. Halbuki, həmin ərazidə illərlə çalışan fəhlələr bildirirlər ki, mədənlərin çökmə təhlükəsi barədə indiyə qədər heç bir ciddi göstərici olmayıb:

“Bir neçə aydır ki, mədənlərin çoxu səbəbsiz yerə bağlanmış, istehsal minimuma endirilmişdi. İndi isə guya monitorinq aparıb, çökmə riskinin olduğunu deyirlər. Nə oldu, niyə özəlləşmə başlayandan sonra çökmə riski yarandı? Biz illərlə orada çalışmışıq, belə təhlükə olsaydı, bunu hamıdan əvvəl biz bilərdik”.

İşçilərin sözlərinə görə, mədənlərdə vəziyyət tədricən böhran həddinə çatıb, bir çox fəhlələr aylarla maaş almır, bir qismi isə məcburən işdən çıxarılıb:

“Aylardır maaş almayan işçilər var. Monopoliya uğrunda gedən mübarizədə biz fəhlələr qurban verildik. Yerli duza öyrəşmiş insanlar indi bazarda onu tapa bilmir, çünki istehsal dayandırılıb. Naxçıvanda duz tapmaq müşkülə çevrilib, başqa rayonlardan gətirilən duz isə çox baha satılır. Bu da əhalidə ciddi narazılıq yaradıb”.

Məlumatlara görə, Duzdağda ən iri istehsalçı olmuş “Naxçıvan Duz İstehsalı” MMC bu ilin may ayında özəlləşdirmə tenderinə çıxarılıb. Rəsmi sənədlərə əsasən, tenderin qalibi “Şərq-Qərb” ASC olub. Amma kulislərdə yayılan xəbərlərə görə, bu şirkətin 96 faizi Ramiz Mehdiyevin oğlu – Teymur Mehdiyevə məxsusdur.

Beləliklə, Naxçıvanın strateji iqtisadi mənbələrindən biri olan Duzdağ mədənləri də keçmiş Prezident Administrasiyasının rəhbəri Ramiz Mehdiyevin ailəsinin nəzarətinə keçib.

Hadisələrin gedişi göstərir ki, Mehdiyevin oğlu duz mədənlərində süni narazılıq yaratmaqla Naxçıvanda yüzlərlə fəhləni ayağa qaldırmağa çalışır.

Hazırda Naxçıvanda yüzlərlə ailə duz mədənlərindəki dayanmanın nəticəsində işsiz və gəlirsiz qalıb. Əhali isə yerli duzun yoxa çıxması səbəbindən kənd təsərrüfatı və qida sənayesində əlavə xərclərlə üzləşir.

Sakinlərin sözlərinə görə, Naxçıvanda duz sadəcə mineral deyil, həm də mədəni və tarixi simvoldur. Duz mədənlərinin Mehdiyevlər ailəsinin öz şəxsi-siyasi maraqlarına qurban verilməsi əhali arasında ciddi qəzəb doğurur.

Xəbər 2260 dəfə oxunub.




06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı

06.11.2025  12:06 

Əhaliyə xəbərdarlıq: Sabah...

06.11.2025  11:51 

Bu şəxslər cərimələnəcək


BÜTÜN XƏBƏRLƏR +