Benzin, dizel və maye qaz bahalaşacaq
Ərdoğan CHP sədrini məhkəməyə verdi
“Bazarstore”də xoşagəlməz hadisə baş verib -FOTO
Əməkdar artist Cabir İmanovla bağlı paylaşım edib -FOTO
Azərbaycandan Ermənistana gələn buğda yoxlanılacaq – Arutyunyan
Kady 10 həftəlik oyundan uzaqlaşdırıldı
Əməkdar artist vəfat etdi
Neft emalı zavodunda yanğın
Daha bir dövlət qurumu ləğv edildi
Saakaşviliyə yenidən cinayət iş açıldı


06.08.2025  12:04 

Bakıda mebel sexinin fəaliyyəti dayandırıldı





A+  A-

FHN-in Dövlət Yanğın Nəzarəti Xidməti daha bir yanğın təhlükəli obyektin fəaliyyətini dayandırıb.

Bu barədə XəzərNews.az-a FHN-in Mətbuat xidmətindən məlumat verilib.

Bildirilib ki, Dövlət Yanğın Nəzarəti Xidməti tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 10 C ünvanında yerləşən Rzalı Vüsal Teyyub oğluna məxsus mebel sexində keçirilən yoxlama zamanı yanğın təhlükəsizliyi sahəsində çoxsaylı nöqsanların mövcud olduğu, həmin nöqsanların insan həyatı və ya sağlamlığına, ətraf mühitə və dövlətin əmlak maraqlarına birbaşa təhlükə yaratdığı müəyyən edilib.

Belə ki:

- obyektdə avtomatik yanğınxəbərverici siqnalizasiya qurğusu quraşdırılmayıb;

- elektrik təsərrüfatına profilaktik baxış keçirilərək kabel və naqillərin izolyasiyasının gərginliyə qarşı müqaviməti ölçülməyib;

- köçürmə çıxışlarının qapılarının otaqlardan çıxışa doğru sərbəst açılması təmin olunmayıb;

- yanğın zamanı insanların təxliyə olunması üçün köçürmə planı tərtib olunmayıb;

- obyektin layihə dəyişiklikləri ilə əlaqədar sənədlər təqdim edilməyib;

- işçilər yanğın təhlükəsizliyi üzrə təlimatlandırılmayıb və xüsusi jurnalda qeydlər aparılmayıb;

- obyektin fəaliyyəti Dövlət Yanğın Nəzarəti Xidməti ilə razılaşdırılmayıb.

Beləliklə, mövcud vəziyyət onu göstərir ki, obyektin istismarının davam etdirilməsi nəticəsində orada hər an baş verə biləcək yanğın qısa müddətdə genişlənərək faciəni qaçılmaz edəcək.

Qeyd olunanları nəzərə alaraq, yanğın təhlükəsizliyi norma və qaydalarının tələblərinin kobud pozulması faktları aşkar edilmiş Bakı şəhəri, Yasamal rayonu, Şeyx Məhəmməd Xiyabani küçəsi, ev 10 C ünvanında yerləşən Rzalı Vüsal Teyyub oğluna məxsus mebel sexinin fəaliyyətinin dayandırılması barədə Qərar qəbul olunub və Qərarın bir nüsxəsi obyektin nümayəndəsinə təqdim edilib.



Xəbər 1060 dəfə oxunub.




06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi

06.11.2025  17:35 

Neft emalı zavodunda yanğın

06.11.2025  16:18 

Prezident üç fərman imzaladı

06.11.2025  13:32 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +