Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov
Tiktoker və blogerlər qumara görə saxlanıldı - Video
Ruslara Şengen vizası qadağası gəlir
“Binə”də sahibkarlar narazılıq edir - Səbəb?


05.08.2025  12:12 

Bakıdakı xoşagəlməz qoxunun səbəbi nədir?





A+  A-

Son zamanlarda paytaxtın bəzi ərazilərində yayılan kəskin və xoşagəlməz qoxu şəhər sakinlərinin ciddi narahatlığına səbəb olub.

XəzərNews.az xəbər verir ki, bununla bağlı AzTV süjet hazırlayıb.

Sakinlərin sözlərinə görə, bu qoxu günün müxtəlif saatlarında aydın hiss olunur: “Müşfiqabad qəsəbəsində pis qoxular gəlir, rahat gəzə bilmirik”.

Mütəxəssislər isə bildirib ki, problemin əsas səbəbi Bakıda mərkəzləşdirilmiş kanalizasiya sisteminin olmamasıdır. Bununla yanaşı, uzun illərdir ki, Xəzər dənizinin səviyyəsi xeyli aşağı düşüb. Bu səbəbdən illərlə dənizə axıdılan çirkab suların qalıqları üzə çıxmağa başlayıb.

Ekoloq Sadiq Həsənov isə məsələni belə şərh edib: “Günəşin sürətli təsiri ilə ultrabənövşəyi şüalar parçalanır və maddələr yaranır. Bu zaman ətrafa xoşagəlməz qoxu yayılır. Xüsusilə Bakının bir çox kəndlərində, məsələn, Türkan, Zirə, Mərdəkan və bir sıra yerlərində mərkəzləşdirilmiş kanalizasiya sistemi yoxdur. Bu da birbaşa dənizə axıdılır. İnsana təmas edəndə isə bir sıra xəstəliklər yaradır. Üzvü maddələrin parçalanmasından əmələ gələn bu qazlar zəhərlidir. İnsanın həm göz nahiyəsinə, həm nəfəs borusuna, həm də digər orqanlarına müəyyən qədər zəhərli təsirini göstərə bilər”.

Paytaxtda mövcud kanalizasiya sisteminin əhalinin tullantı yükünü daşıması ilə bağlı İri Şəhərlərin Birləşmiş Su Təchizatı Xidmətindən qeyd edilib ki, tullantı su şəbəkələri qurularkən ərazinin relyefi orada yaşayan abonentlərin sayı nəzərə alınaraq şəbəkənin layihəsi tərtib olunur: “Sovet dövründə tikilmiş kanalizasiya şəbəkələri o dövrün əhalisinə uyğun planlaşdırılıb. Lakin hazırda bir çox ərazilərdə əhali sayının və yeni tikililərin artması sistemə əlavə yük olur. Bu səbəbdən köhnə şəbəkələrdə bəzən daşmalar, qoxular və ya xəttin tıxanması kimi problemlər özünü büruzə verir. Bundan əlavə bu gün şəbəkələrdə qeyri-qanuni qoşulmalar var. Kanalizasiya sistemi mövcud olmayan ərazilərdə müvafiq layihə sənədləri hazırlanıb.Yaşayış məntəqələrində tullantı su şəbəkəsinin inşası tədbirlər planına uyğun olaraq mərhələlərlə aparılır”.

Daha ətraflı videomaterialda:



Xəbər 736 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı

06.11.2025  17:38 

Əməkdar artist vəfat etdi


BÜTÜN XƏBƏRLƏR +