Azərbaycanlı gənc Yunanıstanda niyə həbs edilib?
TƏBİB sədrinin qardaşına yüksək vəzifə verildi
“Azeri Med“in “Naxçıvan fəthi“ davam edir
Ərdoğan Azərbaycan səfirini təltif etdi
Azərbaycanda orta aylıq əməkhaqqı artdı
Azərbaycan Rusiyaya nota verdi
Rusiya pilotsuz sistemlər qoşunları yaradır?
Jurnalist Şəmşad Ağa da həbs edildi
Cabir İmanov məhkəməyə verildi
Çörəyin çəkisi niyə azalıb?- VİDEO


26.03.2024  09:57 

Qələbəyə layiq idik.





A+  A-

Bir az şanslıq oldu. Düşünürəm ki, qələbəyə layiq idik.

Xəzərnews.az xəbər verir ki, bunu Azərbaycan millisinin futbolçusu Musa Qurbanlı "FIFA series - Edition 2024" layihəsində Bolqarıstan ilə heç-heçə (1:1) etdikləri oyundan sonra jurnalistlərə açıqlamasında deyib.

21 yaşlı hücumçu yığmanın hər iki matçında məqsədlərinin qalib gəlmək olduğunu söyləyib: "Uzun müddətdən sonra Vətənə qayıtmaq, yığmadakı komanda yoldaşlarımızla çiyin-çiyinə oynamaq xoşdur. Onları uzun müddət görmürdüm. Millidə çıxış etmək hər azərbaycanlı üçün şərəfdir".

İsveçin “Yurqorden” klubunun şərəfini qoruyan forvard yayda "Qarabağ"a qayıtmaq ehtimalına münasibət bildirib: "Hələlik mənim bundan xəbərim yoxdur. Klubumdayam, bu barədə qərar verilməyib, danışığımız olmayıb. Komandamın uğurları üçün çalışacağam".

Qurbanlı son dönəmlərdə Skandinaviya təmsilçisində az forma şansı əldə etməsinə toxunub: "Belə şeylər normaldır.

Oraya gedəndə bilirdim ki, birdən-birə partlayış olmayacaq. Futbolda çətinliklər olur, bəzən isə hər şey yaxşı gedir. Bütün bunlara hazırlıqlı idim. Hazırda psixoloji olaraq çətindir, oynamayanda hər futbolçu üçün belədir.

Keçən il komandamızda bir az eniş oldu. Yeni transferlərimiz var. Bəlkə də onlara şans verilir. Bu, baş məşqçinin qərarıdır. Mənim üzərimə düşən məsuliyyətlə məşqlər etmək və əsas heyətdəki yerimi qaytarmaqdır".

Qeyd edək ki, Azərbaycan millisi ilk matçında Monqolustana, Bolqarıstan isə Tanzaniyaya 1:0 hesabı ilə qalib gəlib.

Xəbər 4734 dəfə oxunub.



06.02.2025  17:37 

Famil Xəlilova hökm oxundu

06.02.2025  17:37 

Azərbaycan Rusiyaya nota verdi

06.02.2025  15:53 

Cabir İmanov məhkəməyə verildi


BÜTÜN XƏBƏRLƏR +