“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


08.05.2019  15:08 

Azərbaycanda 940 dini qurum qeydiyyatdan keçib





A+  A-

Mayın 8-də Dini Qurumlarla İş üzrə Dövlət Komitəsində (DQİDK) yeni qeydiyyatdan keçmiş dini icmalara şəhadətnamələr təqdim edilib.
Komitədən XəzərNews.az-a verilən məlumata görə, tədbirdə Dövlət Komitəsinin rəhbərliyi, şöbə müdirləri və yeni qeydiyyatdan keçmiş dini icmaların sədrləri iştirak ediblər.

Azərbaycanda dövlət-din münasibətlərinin tənzimlənməsi, dini sahədə sabitliyin Ümummilli Lider Heydər Əliyevin adı ilə bağlı olduğunu tədbir iştirakçılarının diqqətinə çatdıran DQİDK sədrinin birinci müavini Səyyad Salahlı cənab Prezident İlham Əliyevin bu siyasəti uğurla davam etdirdiyini vurğulayıb. S.Salahlı qeyd edib ki, ölkəmizdə dini dözümlülük, tolerantlıq, multikulturalizm dövlət siyasətinin prioritet istiqamətlərindən biridir. Dinə dövlət qayğısından bəhs edən sədrin birinci müavini bu istiqamətdə görülən işlərin milli-mənəvi və tolerantlıq dəyərlərinin təbliği və təşviqində, eləcə də ayrı-ayrı dini konfessiyalar arasında sağlam münasibətlərin formalaşmasında müstəsna əhəmiyyət kəsb etdiyini bildirib.

O, eyni zamanda dinlərin bərabərlik, insanpərvərlik və sülh ideyalarının cəmiyyətə, xüsusilə gənclərə təbliğ edilməsinin vacib məqam olduğunu söyləyib, o cümlədən dini dəyərlərimizin sağlam əsasda, həm xurafatdan, mövhumatdan, həm də radikalizmdən uzaq şəkildə aşılanmasında dini icmaların da üzərinə böyük məsuliyyət düşdüyünü dilə gətirib. Dini icma rəhbərlərini milli-mənəvi dəyərlərin ictimaiyyətə düzgün çatdırılması işində aktiv olmağa çağırıb.

Sonda yeni qeydiyyatdan keçmiş dini icma sədrlərinə şəhadətnamələr təqdim edilib.

Qeyd edək ki, dini qurumların yenidən dövlət qeydiyyatına alınması prosesi başlayandan 940 dini qurum dövlət qeydiyyatına alınıb. Konfessional baxımdan onların 907-si İslam, 33-ü isə qeyri-islam təmayüllüdür.

Xəbər 1354 dəfə oxunub.




27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi

23.09.2024  17:39 

Baş nazir yeni qərar imzaladı

23.09.2024  12:18 

Medianews.az 12 yaşında -Foto

22.09.2024  20:13 

İranda matəm elan edilib


BÜTÜN XƏBƏRLƏR +