“İstəsək, bir gün ərzində bütün borcu sıfırlaya bilərik” -Prezident
Çex Respublikası Dövlətçilik Gününü qeyd etdi -Fotolar
Prezident İlham Əliyevə çoxməqsədli JF-17C təyyarələri təqdim olunub -FOTO, VİDEO
Genişmiqyaslı Rusiya-Ukrayna müharibəsinin 944-cü günü…
“Din radikalizmdən uzaqdır“- Foto
Maaş və pensiyalar yenə artırılacaq - Prezident açıqladı
Prezident Sərəncam imzalayıb
Antoni Blinken İlham Əliyevə zəng edib
Azərbaycanın İrana etdiyi 5 fundamental yaxşılıq
Azərbaycanla Serbiya saziş imzaladı


14.07.2023  16:19 

Saxta spirtli içkilər hazırlayanlar saxlanıldı





A+  A-

Daxili İşlər Nazirliyi (DİN) Azərbaycan Qida Təhlükəsizliyi Agentliyi (AQTA) ilə birgə ölkə ərazisində qida təhlükəsizliyinin təmin edilməsi, istehlakçı hüquqlarının müdafiəsi istiqamətində növbəti əməliyyat tədbiri həyata keçirib, saxlanılanlar var.

Bu barədə XəzərNews.az -a Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən məlumat verilib.

Paytaxtın Binəqədi rayonu, Gülüstan qəsəbəsində kustar üsulla, standartlara cavab verməyən gizli sexdə saxta spirtli içkilərin hazırlanması barədə daxil olan əməliyyat məlumatı əsasında keçirilən tədbir zamanı Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov saxlanılıblar.

Araşdırma zamanı müəyyən edilib ki, bu şəxslər həmin sexdə araq, viski, tekila və sair saxta spirtli içkilər hazırlayaraq Bakı şəhəri və respublikanın müxtəlif rayonlarında satışını təskil ediblər. Onlara məxsus sexə baxış zamanı xeyli sayda saxta spirtli içki, ancaq istehsalatda istifadəsi nəzərdə tutulan, insan sağlamlığına ciddi ziyan vura bilən texniki spirt, qablaşdırma üçün nəzərdə tutulmuş yerli və xarici aksiz markalar, etiketler, boş şüşə qablar və sair köməkçi vəsaitlar aşkar olunaraq maddi sübut kimi götürülüb. Dəstə üzvlərindən aşkar edilən hazır məhsulların qablaşdırılmasında və aksiz markalarında uyğunsuzluqlar müəyyən edilib. Fəxri Nürəddinli, Sərxan Manafov və Xəyyam Həsənov hazırladıqları spirtli içkilərin keyfiyyət və təhlükəsizlik göstəricilərini təsdiq edən sənədləri təqdim edə bilməyiblər. Spirtli içkilərdən nümunələr götürülərək müayinələrin aparılması üçün Qida Təhlükəsizliyi İnstitutunun müvafiq laboratoriyasına təqdim edilib. Keçirilmiş ekspertizaların nəticələrinə görə aşkar edilən spirtli içkilər istifadəyə tam yararsızdır va insan sağlamlığı üçün olduqca təhlükəlidir. Faktla bağlı tədbirlər davam etdirilir.

Daxili İşlər Nazirliyi Qida Təhlükəsizliyi Agentliyi ilə birgə əhalinin sağlam qida ilə təmin edilməsi istiqamətində tədbirlərini bundan sonra mütəmadi olaraq davam etdirəcək.

Xəbər 1144 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.09.2024  15:31 

Millimiz Ermənistanı məğlub etdi


BÜTÜN XƏBƏRLƏR +