01.02.2023 19:21
“Regionlarda İKT sahəsinə maraq olduqca böyükdür”
XəzərNews.az İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) Rəqəmsal Səriştələrin İdarə edilməsi Departamentinin və “Technest” Təqaüd Proqramının rəhbəri Fatimə Ələkbərovanın müsahibəsini təqdim edir:
- Fatimə xanım, öncə oxuculara Technest təqaüd proqramı haqqında məlumat verə bilərsinizmi?
- Technest, təqaüd proqramın məqsədi informasiya kommunikasiya texnologiyaları üzrə ölkəmizdə kadrların yetişdirilməsini sürətləndirmək, bu sahədə mövcud boşluqları aradan qaldırmaq və ölkədə rəqəmsal inkişafa töhfə verməkdir. “Technest nədir” sualınıza gəlincə, vurğulamaq istərdim ki, “Technest” – tələbə və məzunlar üçün İKT sahəsində peşəkar və ödənişsiz təlimləri təmin edən təhsil təqaüd proqramıdır. Eyni zamanda sahibkarlıq təfəkkürü ilə çıxış edən və innovativ həllər təklif edən gənclərin gələcəkdə startaplar qurmasında önəmli rol oynayan əməkdaşlıq müstəvisidir.
- Proqramın ideyası hansı ehtiyaclardan yarandı?
- 2021-ci ildə RINN-nin nazirliyin məsul strukturlarının apardığı geniş bazar araşdırmasına əsasən, İKT bazarında tələblə təklif arasında böyük bir boşluğun mövcudluğu ortaya çıxdı. Nəticələrə əsasən, 2016-cı ildən 2021-ci ilə qədər əmək bazarında istər dövlət, istərsə də özəl sektorda İKT mütəxəssislərinə olan ehtiyac təxminən 5 dəfə artmağı müşahidə edilib. Araşdırma zamanı müxtəlif işəgötürən agentliklərin 45 minədək iş elanı da diqqətlə təhlil edilibmişdi. Əgər 2016-cı ildə əmək bazarında İKT mütəxəssisi üzrə 17 vakansiyaya rast gəlinirdisə, 2020-ci ildə bu rəqəm 337-yə yüksəlmişdi. Bu məsələ ilə bağlı həm dövlət, həm də özəl müəssisələr, banklar, startaplar, İKT və sığorta şirkətləri arasında sorğu da keçirilimişdi. Ən çox tələb olunan peşələrə gəlincə, bunlara proqram təminatı üzrə mütəxəssis, data analitik, sistem administratoru, Uİ/UX dizayner və digər bu kimi ixtisasları misal göstərmək olar. Bütün bu təhlillərə əsasən ölkədə İKT əmək bazarında tələb və təklifin tarazlaşdırılması istiqamətində “Technest” Təqaüd Proqramına start verilməsi zərurəti ortaya çıxdı.
Artıq Technest ikinci dalğanı elan edib. Yeni tədris ilində təqaüdçülərə hansı ixtisaslar təklif olunacaq?
- Hardware və software üzrə proqramlaşdırma ixtisasları, kibertəhlükəsizlik, oyun quruculuğu, dizayn, müxtəlif proqramlaşdırma dilləri, verilənlər bazasının təhlili, mobil proqramlaşdırma kimi 50-dən çox ixtisası əhatə edir. Həmçinin bu il Digital HRr Expert, Microsoft Expert, “Big data” expert, robotexnika, bloçeynckchain kimi bir sıra yeni programların da tədrisinə başlanacaq. Proqram həm ilkin junior, həm də təkmilləşdirilmiş advanced səviyyə üzrə təlimləri əhatə edir.
Tərəfdaşlarınızı hansı meyarlarla seçirsiniz, yeni tədris ilində onların artması gözlənilirmi?
- Tərəfdaşların seçimi bu sahədə əldə etdikləri təcrübə və uğura, təlim proqramlarının tədris olunma keyfiyyətinə əsasən aparılır. Həmçinin keçirilən ixtisasların əmək bazarında tələbatına görə və tədris mərkəzlərinin təlim şəraitlərinə uyğun olaraq müəyyən edilir. Bundan başqa digər bir göstərici də məzunların tədris bitdikdən sonra işlə təmin olunma faizidir.
Bizdə olan məlumata görə bu il ərzində 3000 nəfərin təqaüd alacağı planlaşdırılır. Ötən illə müqayisədə demək olar ki, təqaüdçü sayı 5 dəfə artır. Bunu necə gerçəkləşdirməyi nəzərdə tutursunuz?
- Gənclərin İKT sahəsində mütəxəssis kimi yetişməsi və onların intensiv təhsili üçün təqaüd təqdim edən “Technest” yarandığı gündən bu sahədə peşəkar kadr siyasətini həyata keçirir. Hər kəs üçün əlçatan təhsil imkanı yaradan proqramdan 12 yaşdan yuxarı Azərbaycan vətəndaşları faydalana bilər. “Technest” fəaliyyətinin ikinci ilində təqaüdçü sayını 3000 nəfərə çatdırmağı hədəfləyir. “Technest”in bu il üçün əsas məqsədlərindən biri Azərbaycanda İKT savadlılığını artırmaq, bu sahə üzrə yerlərdə intensiv və peşəkar tədrislərin keçirilməsini təmin etməkdir. Əmək bazarında tələb yaranan sahələr üzrə ehtiyacın ödənməsini nəzərə alaraq, data analitika, 3D dizayn, üst səviyyə proqramlaşdırma, data elmi, rəqəmsal marketinq, oyunların hazırlanması, testinq, sistem və şəbəkə inzibatçılığı kimi kurslar araşdırılaraq yeni akademik ilin planına daxil edilib, onlardan bir hissəsinə qeydiyyat artıq elan olunub. Beləliklə həm tədris tərəfdaşlarının sayını artırmaq, həm də tədris olunan ixtisasları çoxaltmaqla biz bu sayı artırmağı planlaşdırırıq.
“Rəqəmsal Azərbaycana doğru” layihəsi çərçivəsində ilk hansı regiona səfər etdiniz?
- Məlumat üçün bildiririk ki, İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyi 24 noyabr tarixindən etibarən “Technest” Təqaüd Proqramı çərçivəsində ölkə boyu “Rəqəmsal Azərbaycana doğru” layihəsinə start verib. 2021-ci ilin sentyabrından start götürmüş “Technest” Təqaüd Proqramı artıq bütün bölgələrdə İKT üzrə ödənişsiz təhsil almaq istəyən gənclər üçün əlçatandır.
Qeyd edək ki, ‘’Rəqəmsal Azərbaycana doğru’’ layihəsi çərçivəsində regionlarda gənclərlə silsilə görüşlər keçirilir və İKT sahəsinə marağı olan namizədlər dərhal müsahibələrə dəvət olunurlar. ‘’Technest’’ Təqaüd Proqramı heyəti şəhərlərdə səyyar görüşlər keçirərək gəncləri həm rəqəmsal savadlılıq üzrə maarifləndirirlər həm də eyni vaxtda onları sınaq imtahanlarına yönləndirirlər.
İlkin olaraq 24 noyabr tarixində Mingəçevir şəhərində gənclərlə keçirilmiş ilk görüş zamanı 20 iştirakçı həmin gün təşkil olunmuş sınaq imtahanlarından uğurla keçərək ‘’Technest’’ təqaüdünü qazanıb. Mingəçevirdə keçirilmiş rəsmi görüşlər çərçivəsində şəhər icra hakimiyyətinin başçsı və Mingəçevir Dövlət Universitetinin tələbə-müəllim heyəti ilə məhsuldar diskussiyalar aparılıb. Şəhərdə İKT sahəsi üzrə yaradılan innnovativ infrastrukturlardan məqsədyönlü şəkildə istifadə imkanları, həmçinin 3700 tələbənin təhsil aldığı Mingəçevir Dövlət Universitetində İnkişaf və Tədqiqat Laboratoriyalarının yaradılması istiqamətində təkliflər müzakirə olunub.
‘’Rəqəmsal Azərbaycana doğru’’ layihəsini həyata keçirməkdə əsas məqsədimiz İKT üzrə peşə təhsili almaq istəyən, amma istər maddi, istərsə də sosial qayğılara görə bu kimi fürsətlərdən kənarda qalan və ya yeni ixtisas qazanmaq istəyən, lakin haradan, necə başlamağı bilməyən, o cümlədən peşəkar mentorlar olaraq yetişmək və ucqarlarda tədrisə təkan vermək istəyən gəncləri bir araya gətirmək və onlara müvafiq dəstəyi göstərməkdir. Əsas hədəfimiz Azərbaycanda gənclər arasında kütləvi maarifləndirmə kampaniyaları aparmaq və ölkədə İKT üzrə ixtisaslaşmış kadr bankasını yaratmaqdır.
Qeyd etdiyiniz kimi, layihənin birinci mərhələsi yekunlaşdı, ilkin təəssüratlar, səfər etdiyiniz regionlarla bağlı qısamüddətli nəticələr hansılardır?
- Regionlarda İKT sahəsinə maraq olduqca böyükdür. 20-dən çox regiona olan səfərimiz müddətində hər regiondan bu sahəyə marağı olan şəxslərin iştirakı ilə ümumilikdə 1000-dən çox şəxsə təlimlər keçirildi və imtahan prosesinə cəlb olundu. İmtahan prosesinden uğurla keçən namizədlər müsahibə prosessində iştirak etmək şansı qazandılar. Hazırda 9 regionda tədris davam edir və 10-dan çox regionda bu il tədrisin başlanması planlaşdırılır.
Xəbər 4623 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|