Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


18.04.2023  01:07 

Bakıda mənzillərin qiyməti yenə qalxdı - Video





A+  A-

Paytaxtın bütün ərazilərində həm köhnə, həm də yeni inşa olunan binalarda mənzillərin qiyməti bahalaşıb.

XəzərNews.az Xezerxeber.az-a istinadla xəbər verir ki, bunu daşınmaz əmlak üzrə ekspert Nüsrət İbrahimov deyib.

O xatırladıb ki, ötən il köhnə mənzil bazarında bir kvadarat metr mənzilin qiyməti 1581 manat idisə, bu il vətəndaşlar mənzilin bir kvadaratını 1879 manata alırlar. Araşdırmalar göstərib ki, ötən illə müqaisədə təkrar mənzil bazarında qiymətlərdə 18 faizdən çox artım olub.

Nüsrət İbrahimov deyib ki, hazırda Bakıda orta səviyyəli, yəni 2-3 otaq arası bir mənzilin qiyməti 147 min manatdan 163 min manata kimi artıb. Bahalaşma ilkin mənzil bazarında da davam edir.

Ekspertin sözlərinə görə, vətəndaşlar ötən il Bakıda müxtəlif ərazilərdə inşa olunan yeni binalarda orta səviyyədə 2 otaqlı mənzili 179 min manatdan ala bilirdilərsə, bu il həmin mənzilin qiyməti 250 min manata qədər bahalaşıb. İlkin və təkrar mənzil bazarı ipoteka predmeti olduğundan bir çox vətəndaşlar məhz istər daxili, istərsə də İpoteka və Kredit Zəmanət Fondunun vəsaiti hesabına mənzil ala bilirlər. Ancaq hazırda Fondun vəsaiti hesabına verilən adi ipoteka kreditlərinin maksimal məbləği 150 min manat, güzəştli ipoteka kreditlərinin maksimal məbləği isə 100 min manat təşkil edir. Mənzil bazarında qiymətlərin artımı artıq bu həddi keçib. Bəs verilən kreditin maksimal məbləğlərinin artırılması hazırkı məqamda məqsədəuyğun olarmı?

Nüsrət İbrahimov hesab edir ki, Fond mənzil bazarında qiymətlərin dinamikasına daim nəzarət edir və buna uyğun da öz şərtlərində dəyişiklik edir. İpoteka və Kredit Zəmanət Fondu verilən kreditin maksimal məbləğlərini artırdığı təqdirdə bazarda mənzillərin qiyməti daha da bahalaşacaq.

Qeyd edək ki, bu ilin dövlət büdcəsində güzəştli ipoteka kreditlərinin maliyyələşdirilməsi məqsədilə 87,7 mln. manat vəsait ayrılıb.

Ətraflı videomaterialı təqdim edirik:



Xəbər 891 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +