Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar
Bakıda yenilənmiş Ukrayna Mərkəzi -Fotolar
Prezident Aleksandr Stubb ilə görüşüb
Şarl Mişel Azərbaycana səfər edəcək
Naxçıvanda yüksək vəzifəyə təyinat
Dünya və BRİKS üzv olan ölkələrin dollardan imtina etməsi özünü doğruldacaqmı?
Azərbaycandan Fransanın Ermənistandakı səfirinə CAVAB
Hikmət Həsənovun köməkçisi ağır cəzalandırıldı
“Efirlər Tiktok-da soyunanları çağırırlar, səviyyə yoxdur..“ - Azərbaycanlı reper
Avropa Məhkəməsi keçmiş Baş prokurorla bağlı qərarını elan etdi


16.06.2022  16:48 

Millət vəkili Rüfət Quliyevin bu sözləri GÜLÜŞlə qarşılandı





A+  A-

Millət vəkili Rüfət Quliyevin siqaretin qiymətinin bahalaşması ilə bağlı dediyi sözlər müzakirələrə səbəb olub.

XəzərNews.az xəbər verir ki, o, Azxeber.com-a açıqlamasında bildirib ki, qiymət artımına səbəb həm fiskal siyasət, həm də siqaretlə mübarizədir:

“Siqaretlərin qiymətlərinin artmasının 50 faizi fiskal siyasətlə bağlıdır. Artım səbəbinin digər 50 faizi isə siqaretlə mübarizədir. Bu məntiq də var. Adətən siqaretlə mübarizə qiymətdən başqa, siqaret çəkmə yerlərinə məhdudiyyətlər qoymaqla də göstərilir. Belə deyək, siqaretin qiymətinin qalxması və siqaret çəkilən yerlərin məhdudlaşması birgə effekt verir. Bununla gündəlik siqaret çəkmə sayı azalır. Mən özüm də siqaret çəkənəm, misal üçün, əvvəl bir qutu, bir qutudan artıq çəkirdim. Amma qeyd etdiyim məhdudlaşmalar gətirib ona çıxarır ki, çəkdiyin siqaretin sayını azaldırsan”.

Deputatın fikrincə, siqaret qiymətlərində artım olduğu zaman siqaret çəkənlər sayı azaldırlar:

“Adətən insanlar ya daha ucuz siqaretlərə keçir, ya da ona öyərəşə bilmirlər. Siqaretdə belə bir öyrəşmə mexanizmi var. Ona görə də, məcbur olurlar ki, hesabı elə götürsünlər ki, əvvəl bir qutu çəkirdilərsə, indi azaltsınlar. Çünki həmin siqareti əvvəlki qədər almaq çətinləşir”.

Deputat, həmçinin qeyd edib ki, bu cür mübarizə forması dünyanın hər yerində var:

“Bu formada mübarizə bütün dünyada gedir. Mən deməzdim ki, bu, Azərbaycanda tütün məmulatlarına qarşı ən ciddi mübarizələrdən biridir. Xeyr. Avropanın bir neçə ölkəsində, ümumiyyətlə, bütün ölkələrdə, o cümlədən ABŞ-da və digər aparıcı ölkələrdə qiymət, məhdudlaşma ona gətirib çıxarır ki, insanlar məcburiyyət qarşısında qalıb az çəkirlər”.

Xəbər 1376 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

09.11.2024  16:24 

Sabahın havası açıqlandı


BÜTÜN XƏBƏRLƏR +