ADDA və GIZ EasTnT arasında əməkdaşlığa dair Anlaşma Memorandumu imzalanıb
Onlayn qumar əməliyyatı... – 7 nəfər həbs olundu
İcradan heç kim əraziyə gəlməyib - Jurnalist
Quduzluğa yoluxan suriyalı gənc öldü
Mardində bir ailənin 3 üzvü güllələndi
İranlı deputatların ayaqları göydə -İlginc fotolar
Akif Nağı onu məhkəmə ilə hədələyən müğənniyə cavab verdi
Prezident 2 fərman imzaladı
Jurnalistin intihar anonsu...-Borcum var
Zelenski ABŞ-a səfər edə bilər


12.11.2025  11:36 

Təyyarəyə kənar müdaxilə ehtimalı varmı?





A+  A-

Xəbər verdiyimiz kimi, Türkiyənin “C-130” hərbi-nəqliyyat təyyarəsi Gürcüstan ərazisində, Azərbaycanla sərhəddən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Türkiyə Müdafiə Nazirliyinin məlumatına görə, təyyarədə olan 20 nəfərlik heyətin hamısı həlak olub.

Qəzanın səbəbləri ilə bağlı isə müxtəlif versiyalar səslənir. Bəziləri hadisəni texniki amillərlə izah etsə də, digərləri kənar müdaxilə ehtimalını da istisna etmir.

Maraqlıdır, hərbi ekspertlər bu barədə nə düşünür? Hansı ehtimallar daha real görünür?

XəzərNews.az xəbər verir ki, mövzu ilə bağlı Bakupost.az -a danışan hərbi ekspert Ədalət Verdiyev bildirib ki, C-130 təyyarələrinin hazırlanmasına keçən əsrin ortalarından başlanılıb, 60-cı illərdən sonra isə artıq onları bir çox ölkələr, xüsusilə də ABŞ Hərbi Hava Qüvvələri geniş şəkildə istifadə edib:

“Bu dəfə baş verən fəlakətdə biz mühərriklərin sıradan çıxmasına dair əlamətləri, ən azından təqdim olunan görüntülərdə, müşahidə etmirik. Burada daha çox ilk ağıla gələn ehtimal təyyarənin köhnə olmasıdır. Yəni kifayət qədər uzun müddət istismardan sonra detallarında müəyyən korroziyanın yaranması, bu səbəbdən daxildəki yüklərin sağlam şəkildə bərkidilməməsi ehtimalı üzərində daha çox dayana bilərik.

Təyyarə Gəncə aeroportunda cəmi 2 saat olub. Bu zaman texniki baxış və digər məsələləri də türkiyəli heyət həyata keçirib. Amma ən dəqiq məlumatı, təbii ki, biz "qara qutu"nun oxunmasından sonra biləcəyik. İndi dediklərimizin əksəriyyəti, təbii ki, ehtimallardır. Amma məlum olan odur ki, quyruq hissəsi təyyarədən əvvəl yerə düşüb. Korpusda bir qırılma, sınma var. Sanki metal detallar bir-birindən aralanır və quyruq hissəsi tamamilə ayrı şəkildə yerə düşür. Korpusun əsas hissəsi ilə kabin hissəsi və qanadlar isə ayrılıqda tüstüləyərək aşağı düşür.

Bu tüstülənmə yanğınla əlaqələndirilə bilmir, çünki alov yox, yalnız tüstü görünür. Bu da həmin qanadlarda olan yanacağın qəsdən və ya qəza nəticəsində buraxılması ilə əlaqəli ola bilər”.

Ə.Verdiyevin sözlərinə görə, bütün ehtimallar tam şəkildə araşdırılmalıdır:

“Bu, bizim üçün də çox kədərli bir hadisədir. Düşünürəm ki, bir çox faktorlar - xüsusilə də insan faktoru, texniki nasazlıq və korpusun yorğunluğu (yəni “metal yorğunluğu” deyilən anlayış) əsas diqqət mərkəzində olmalıdır. Hava şəraiti ilə bağlı faktor avtomatik aradan çıxdığına görə, digər sadaladığım amillər üzərində daha ciddi dayanılacaq. Kənar müdaxilə ehtimalını istisna etmirik, amma indiki vəziyyətdə onun əlamətləri görünmür. Ən azından çöldən təyyarəyə hər hansı qəlpə və yaxud digər təsir izləri detallarda müşahidə olunmur”.

Xəbər 1407 dəfə oxunub.




25.11.2025  16:43 

Prezident 2 fərman imzaladı

25.11.2025  15:41 

Zelenski ABŞ-a səfər edə bilər

25.11.2025  14:02 

Xırdalanda yaşayış evi yanır

25.11.2025  13:27 

Qurbanov bənzərsiz bir fenomendir

25.11.2025  13:25 

Sabah bu ərazidə qaz olmayacaq


BÜTÜN XƏBƏRLƏR +