27.11.2018 23:56
Vakant yerlərin tutulması üçün müsahibə elan edildi
Dövlət İmtahan Mərkəzi tərəfindən 27 noyabr 2018-ci il tarixində 8 dövlət orqanında inzibati vəzifələrin 3-7-ci təsnifatına uyğun olan vəzifələrin A və B növü üzrə ümumi müsahibə elanı verilib.
Mərkəzdən XəzərNews.az-a verilən məlumata görə, elana çıxarılan vəzifələr mərkəzi icra hakimiyyəti orqanlarının aparatlarında və onların tabeliyində olan qurumlarda, yerli bölmələrdə, həmçinin məhkəmə orqanlarında olmaqla 46-sı dövlət qulluğu vəzifələrinin A növünə (inzibati rəhbər) və 18-i isə B növü vəzifələrə (inzibati-icraçı) aiddir.
Ümumi müsahibəyə çıxarılan vəzifələr arasında ən yüksək vəzifələr inzibati vəzifələrin 3-cü təsnifatına uyğun olan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunda Aparat rəhbərinin müavini – direktor müavini, Dövlət Məşğulluq Xidmətində rəis müavini və inzibati vəzifələrin 5-ci təsnifatına uyğun Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi, Maliyyə Nazirliyi və Energetika Nazirliyində şöbə müdiri və sektor müdiri, Dövlət Turizm Agentliyində dövlət orqanı rəhbərinin müşaviri vəzifələridir. Ümumilikdə isə, Maliyyə Nazirliyində 1 vəzifə, Sumqayıt Apelyasiya Məhkəməsində 1 vəzifə, Energetika Nazirliyində 5 vəzifə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində 46 vəzifə, Dövlət Sirrinin Mühafizəsi üzrə İdarələrarası Komissiyanın Katibliyində 2 vəzifə, Şəki İnzibati-İqtisadi Məhkəməsində 5 vəzifə, Dövlət Turizm Agentliyində 3 vəzifə və Ali Attestasiya Komissiyasında 2 vəzifə olmaqla 65 vakant vəzifə elana çıxarılıb.
Ümumi müsahibə üzrə sənəd qəbulunun təkmilləşdirilməsi, vətəndaşların rahatlığının təmin edilməsi, vətəndaşların vaxt itkisinin və maliyyə xərclərinin qarşısının alınması məqsədilə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi müsahibə üzrə sənəd qəbulu elektronlaşdırılmışdır. Təqdim edilən sənədlər dövlət orqanları tərəfindən aparılan elektron informasiya ehtiyatları əsasında yoxlanılır. Elektron qaydada daxil edilmiş məlumatların və sənədlərin düzgünlüyünün elektron informasiya ehtiyatları əsasında yoxlanılması mümkün olmadığı halda, Mərkəzin tələbi əsasında müvafiq sənədlərin müəyyən edilmiş qaydada təsdiq olunmuş surətləri və ya eyniləşdirmə məqsədi ilə həmin sənədlərin əsilləri Mərkəzə təqdim edilməlidir.
Ümumi müsahibədə iştirak etmək istəyən namizədlər “Dövlət qulluğu üzrə müraciət Forması” vasitəsilə 27 noyabr 2018-ci il tarixindən 27 dekabr 2018-ci il saat 18:00-dək (30 gün müddətində) Mərkəzin internet portalına məlumatları daxil edərək qeydiyaytdan keçməlidir.
Xəbər 1546 dəfə oxunub.
Bölməyə aid digər xəbərlər
|