Rusiya XİN-dən səfirliyimizə hücumla bağlı...
Daha bir neçə marşrutu müsabiqəyə çıxarılır
Politoloq Partiyadan qovuldu
9 yaşlı futbolçu Nuray üçün AFFA-ya müraciət olundu
Vaşinqtonun sülh planı narazılıq yaradıb?
AQTA xəbərdarlıq etdi: bu uşaq qidası...-FOTO
Nazir müavini ADDA-nı ziyarət edib - Fotolar
Rektorun akademiyadakı milyonluq xərci – SİYAHI
Daha bir ölkə Qahirə sazişindən çıxdı
Prezident DTX ilə bağlı fərman imzaladı


04.08.2017  16:19 

Fonda ödəmələr 167 milyon manat artıb





A+  A-

Cari ilin yanvar-iyul aylarında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun gəlirləri ötən ilin müvafiq dövrü ilə müqayisədə 9,1 faiz və ya 167,4 milyon manat artaraq 2000,7 milyon manat, o cümlədən məcburi dövlət sosial sığorta haqları üzrə gəlirləri 8,7 faiz artaraq 1183,2 milyon manat təşkil edib.
Nazirlikdən XəzərNews.az-a daxil olan xəbərə görə, daxilolmaların 63,9 faizi və ya 755,9 milyon manatı qeyri-büdcə sektorunun payına düşüb. Bu isə ötən ilin müvafiq dövrünə nisbətən 11,2 faiz və ya 75,9 milyon manat çoxdur və beləliklə də proqnoz 105 faiz icra olunub. Cari ilin iyul ayı üzrə qeyri-büdcə proqnozunun icrası isə 107,6 faiz təşkil edib. Fond üzrə ümumi daxilolmaların səviyyəsi pensiya və müavinətlərin qrafik əsasında vaxtında maliyyələşdirilməsinə imkan verib.

Xatırladaq ki, ölkəmizdə əmək pensiyaçılarının sayı 01 iyul 2017-ci il tarixinə 1 milyon 325 min nəfər təşkil edir ki, onlardan 59,2 faizi yaşa görə, 11,5 faizi ailə başçısını itirməyə görə, 29,3 faizi əlilliyə görə pensiya alır. Pensiya təminatında artım dinamikasının davamı olaraq, cari ilin 01 iyul tarixinə ölkədə əmək pensiyalarının orta aylıq məbləği ötən ilin müvafiq dövrünə nisbətən 6,4% artaraq 201,7 manata, o cümlədən yaşa görə əmək pensiyalarının orta aylıq məbləği 6,4% artaraq 224 manata çatıb. Sığorta-pensiya sisteminin mühüm elementi olan fərdi uçot sisteminin əhatə etdiyi şəxslərin sayı da getdikcə artır. Sistemdə qeydiyyatda olanların sayı cari ilin əvvəlinə nisbətən 6,6% faiz artaraq 01 avqust 2017-ci il tarixə 3 milyon 512 min 269 nəfərə catıb.

Xəbər 3060 dəfə oxunub.




21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var

21.11.2025  12:21 

Sabah 16-20 dərəcə isti olacaq


BÜTÜN XƏBƏRLƏR +