Zelenski Keyt Kelloqla görüşdü
Zaqatalada yaşıllıqlara məmurlar məhv edib
Amerikalı siyasətçilər Trampa qarşı...
Ruslar Konstantinovkaya hücum etdi
“BBC News Azərbaycanca” Bakıdakı ofisini bağlayır
Xəzər dənizində rus kapitan xilas edildi
Jurnalist Nurlan Libre həbs edildi
Trampın oğlu Zelenskinin həbsinin vacibliyini bəyan edib?
Teleaparıcı dodaq makiyajını nümayiş etdirdi - Foto
Abutalıbova məxsus olduğu iddia edilən şirkət parçalandı


18.02.2025  16:18 

24 il əvvəl adam öldürməkdə şübhəli bilinən şəxs SAXLANILDI





A+  A-

Rostov vilayətində 24 il əvvəl törədilən qətliamda şübhəli bilinən şəxs saxlanılıb.

XəzərNews.az xəbər verir ki, bu barədə Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi İrina Volk Telegram kanalında məlumat verib.

Məlumata görə, 2000-ci il avqustun 21-dən 22-nə keçən gecə həmin şəxs şəriki ilə birlikdə Armavir şəhəri Sovetskaya küçəsində “VAZ-21011” markalı avtomobili saxlayıB və sürücüdən onları daş karxanasına aparmasını istəyib.

Radişevo kəndində onlar sürücüyə hücum edərək çoxsaylı zərbələr endiriblər.

Bundan sonra cinayətkarlar qurbanın avtomobilinə minərək qaçıblar.

Hücum edənlərdən biri, 44 yaşlı Armavir sakini cinayət-axtarış əməkdaşları tərəfindən dərhal saxlanılıb. 2001-ci ilin yanvarında məhkəmə onu ciddi rejimli cəzaçəkmə müəssisəsində 13 il müddətinə azadlıqdan məhrum edib.

Digər şəxs isə uzun müddət saxta sənədlərlə Rostov vilayətində yaşadığı məlum olub.

Saxlanılan şəxs nəzarətə götürülüb.

Aylin
XəzərNews.az





Xəbər 546 dəfə oxunub.



20.02.2025  19:43 

Türkiyə və LƏZGİLƏR

20.02.2025  19:33 

Zelenski Keyt Kelloqla görüşdü

20.02.2025  17:55 

Jurnalist Nurlan Libre həbs edildi

20.02.2025  16:52 

Məşhur aktrisa boşandı

20.02.2025  14:13 

Tanınmışlar da orduya qoşuldu


BÜTÜN XƏBƏRLƏR +