Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib
Ayətullah və prezident mollanın arxasında namaz qılır - TƏZAD
Milli azlıqların sosial-mədəni inkişafı – Yeni layihə nə vəd edir?
İlham Əliyev filippinli həmkarını təbrik edib


21.11.2017  11:32 

“Azercell“in FIRILDAĞI - Vətəndaşa 2100 manat “atdı”





A+  A-

4,5 milyondan çox abunəçi sayı ilə Azərbaycanın lider mobil operatoru olan Azercell Telekom MMC vətəndaşla bağladığı müqaviləni kobud şəkildə pozub və ona verilməli olan pulu mənimsəyib.
XəzərNews.az bildirir ki, bu barədə BakuPost.az-a hüquqları pozulan zərərçəkmiş Məmmədov Niyazi Məmmədağa oğlu məlumat verib. Onun sözlərinə görə, Azercell şirkəti 2013-cü ildə ona mülkiyyətində olan və Abşeron rayonu, Saray qəsəbəsində yerləşən torpaq sahəsində radio-baza stansiyanın yerləşdirilmə istəyi ilə bağlı müraciət edib. Torpaq sahibinə sözügedən ərazidə qüllənin və avadanlıq konteynerinin quraşdırılması müqabilində pul ödəniləcəyi bildirilib.

Bir müddətlik danışıqlardan sonra 2013-cü ilin iyul ayının 25-də Azercell şirkəti ilə N. Məmmədov arasında 10 il müddətinə müqavilə imzalanıb. Müqaviləni Azercell Telekom Məhdud Məsuliyyətli Cəmiyyəti adından İnformasiya və Kommunikasiya Texnologiyaları Departamentinin direktoru Mikael Forsberg imzalayıb.

Müqavilə ilə N. Məmmədova məxsus ərazidə "Azercell”in stansiyası üçün 32 kvadrat metrlik (eni 4, uzunluğu 8 metr) torpaq sahəsi ayrılıb.
Daha sonra müqavilədə qeyd olunub ki, əldə ediləcək gəlirlərdən Azercell torpaq sahibinə ildə 1800 manat ödəməlidir.

Şirkət 2013-cü ildə müqavilə bağlanan müddətdən etibarən 3 il ərzində Məmmədov Niyazinin torpağından istifadəyə görə hər il üçün 1800 manat məbləğində vəsait ödəyib. Lakin son 1 il 4 ay ərzində şirkət vətəndaş qarşısında müqavilə ilə götürdüyü öhdəliyi yerinə yetirməyib. Pulunun ödənilmədiyini görən N. Məmmədov "Azercell”ə müraciət edib. Onu şirkətdə Abbas adlı məsul şəxs qəbul edib və narahatlıq üçün hansısa əsasın olmadığını deyib: "Abbas müəllim mənə dedi ki, o stansiya orada nə qədər qalacaqsa, o qədər müddət üçün də sənin pulun hesablanacaq. Stansiya nə vaxt sökülsə, şirkət sənin pulunu ödəyəcək. Burada narahat olunacaq bir məqam yoxdur. Mən də rahatlaşdım, gəldim evə. Bir müddət sonra mənə "Azercell”dən məktub gəldi. Məktubda qüllənin söküləcəyi və mənə heç bir vəsaitin ödənilməyəcəyi yazılırdı”.

Torpaq sahibi şirkətin ona 1 il 4 ay müddət üçün 2100 manat məbləğində pul ödəməli olduğunu, lakin müqaviləni kobud şəkildə pozaraq, onun hüquqlarını tapdaladığını qeyd edib: "Müqavilədə də qeyd olunub ki, tərəflərdən hansısa müqavilə şərtlərini pozarsa, iş məhkəmədə həll edilməlidir. Biz rəsmi şəkildə müqavilə bağlamışıq, mən onlara torpağımdan istifadəyə icazə vermişəm. İndi isə 2100 manata görə niyə mənim hüquqlarımı tapdalayırlar? Get-gələ salıblar. Özü də məktub göndəriblər ki, qüllə söküləcək, amma mənə hansısa pul ödənilməyəcək. Bu, kobud şəkildə qanun pozuntusudur”.

Niyazi Məmmədov lazım gələrsə məhkəməyə üz tutacağını da qeyd edib.

Məsələ ilə bağlı "Azercell"ə sorğu göndərsək də, cavab ala bilmədik.






Xəbər 1965 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.06.2024  08:51 

Bu yollarda tıxac var -Siyahı

26.06.2024  17:45 

Sabahın havası AÇIQLANDI

26.06.2024  17:39 

Yaşar Yakış vəfat edib

26.06.2024  00:41 

Mahaçqalada atışma olub

25.06.2024  16:01 

Hacı Salman saxlanılıb -Foto

25.06.2024  08:25 

Bu yollarda tıxac var -Siyahı

24.06.2024  18:25 

Kür çayında bir nəfər batıb


BÜTÜN XƏBƏRLƏR +