“Napoli”- “Qarabağ” oyununu bu hakim idarə edəcək
Nazirin duruşu müzakirə yaratdı: Penitensiar Xidmətin açılış fotosu...
Keçmiş nazir Kiprdə hücuma məruz qalıb
Polşa “sülh planı”nda iştirak etməyə hazırdır
Zelenski dilemma qarşısında - Nə etməli?
Mingəçevirdəki qətllə bağlı... - Açıqlama
Keçmiş sevgilisinin dostu ilə birlikdə!
“Monqol quzusu – 12.99” - Marketlər bu əti niyə sevir?
Sabah hava yağmursuz keçəcək
Goranboyda yaşayış binasının döşəməsi çöküb


07.06.2017  10:08 

İqtisadçı: “Bank sektorundakı vəziyyət düzəlməsə...”





A+  A-

Dünya Bankının (DB) yenilənmiş proqnozunda deyilir ki, 2017-ci ildə Azərbaycanda ÜDM 1,4% azalacaq, 2018-ci ildə isə 0,6% artacaq. Proqnozlarda bildirilib ki, bu il resessiyaya bank sistemində baş verən neqativ proseslər, sərt pul-kredit siyasəti və s. amillər səbəb olacaq.
Bununla yanaşı, DB Azərbaycan iqtisadiyyatında irəliləyişin baş verdiyini də qeyd edir.

İqtisadçı Natiq Cəfərli XəzərNews.az-a bildirib ki, Dövlət Statistika Komitəsi tərəfindən açıqlanan 4 ayın rəsmi məlumatlarda da təxminən eyni göstəricilərdir:

“ÜMD-də 1,3 faiz azalma rəsmən təsdiqini tapdı. Dünya Bankı bu il ÜDM-nin 1,4 faiz azalmasını proqnozlaşdırır. Əslində Dünya Bankının göstərdiyi səbəblər də tam doğrudur. Azərbaycanın bank sektoru indiki iflic vəziyyətdən çıxmasa, kreditləşməyə başlamasa, biznes və istehlak kreditləri artmasa, iqtisadiyyat da canlanmayacaq. Ən böyük problemlərdən biri budur. Bir də büdcə xərcləmələrinə diqqət yetirilir. Doğurdan da büdcədə investisiyalar çox ciddi 45 faiz azaldılıb. Bu da iqtisadi aktivliyə mənfi təsir göstərən amildir”.


Ekspertin sözlərinə görə, son zamanlar baş verən proseslər Azərbaycandakı iqtisadiyyat modeli ilə bağlı problemləri bir daha sübut edib:

“Dünya Bankı öz proqnozlarında həmin problemə bir daha diqqət çəkir, bir növ hökumətə çağırış edir ki, bank sistemindəki vəziyyəti düzəltsin. Amma görünən odur ki, hökumət hər iki istiqamət üzrə problemləri həll etməkdə çətinlik çəkir. Çünki təkcə Beynəlxalq Bankın problemlərini həll etməyə indiyədək 14 milyard manatadək vəsait xərclənib. Amma problem hələ də tam olaraq həll edilməyib. Bank 3 milyard dollar xarici borcları da üzərinə götürməyə məcbur olub. Obrazlı desək, hansı bankı tərpətsək, həmin mənzərə ilə qarşılaşacağıq. Sadəcə borcların həcmi kiçik olacaq. Bir sözlə, bank sektorundakı vəziyyət düzəlməsə, iqtisadi aktivlik yaranmasa, ÜDM-nin azalma tempi davam edəcək. Bu həm insanların sosial vəziyyətinə, güzəranına təsir edir, həm də onların gəlirlərinin azalmasına səbəb olur. Bu isə özlüyündə sosial gərginliyin səbəblərindən birinə çevrilə bilər. Ona görə də hökumət bu istiqamətlər üzrə ciddi addımlar atmalıdır”.

Xəbər 3336 dəfə oxunub.




23.11.2025  11:11 

Sabah hava yağmursuz keçəcək

22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu


BÜTÜN XƏBƏRLƏR +