Odessada “2020-də 44 gün” kitabının təqdimatı oldu
Ərdoğanla Papa XIV Leo arasında görüş olub
Ermənistanın mövqeyi hamıya məlumdur - Putin
Vilayət Eyvazov o gəncləri polisə seçdi
Mikayıl Cabbarov yenidən seçildi
Ruslara işləyən ukraynalı ifşa edildi
Məhkəmə səkkiz nəfərə ömürlük həbs verdi
Bu şəxslərə 4000 manat maaş veriləcək - SİYAHI
Bayram Nurlunun bu fotosu gündəm oldu
Sabah Bakıda 17 dərəcə isti olacaq


19.03.2025  15:15 

Şor, soğan, pendir, əlimə nə keçdi yeyirəm - Xalq artisti





A+  A-

XəzərNews.az Musavat.com-un növbəti həmsöhbəti Xalq artisti Valeh Kərimovla söhbəti təqdim edir:

- Valeh bəy, bir gün sonra 81 yaşınız tamam olur, 82-yə qədəm qoyursunuz. Adətən deyirlər ki, yaş kişinin var-dövlətidir. Sizcə, yaşdan var-dövlət, zənginlik olar?

- Elə olar da. Yaxşı sözün üstünə əlavə söz demək istəməzdim. Heç özüm də bilmədim bu yaşa necə gəlib çıxdım. Oynaya-oynaya, qaça-qaça. Bu yaşa çox yaxşı, gözəl gəlib çıxdım. Bir az da tez oldu. Gərək indi 81 yaşda yox, 51 yaşda olardım (gülür). “81” haradan gəldi bilmirəm.

- Deməli, gənclik illərinin, orta yaş dövrünün xiffətini çəkirsiniz.

- Uşaqlıq və gənclik illərim üçün çox darıxıram. Orta yaş dövrümü isə xatırlamıram.

- Yaşınıza görə çox cavan qalmısınız. Yəqin idmanla məşğul olursunuz...

- Yox, nə idmanı. Mənim idmanım səhər yuxudan durub əynimi geyinməkdir, vəssalam. Ondan başqa idmanım yoxdur. Yeməyimə də fikir vermirəm. Şor, soğan, pendir, əlimə nə keçdi yeyirəm. Ümumiyyətlə, az yeyən adamam.

- Mingəçevir Dövlət Dram Teatrında aktyor və quruluşçu rejissor kimi işləyirsiniz. Bu yaşda oraya gedib-gəlmək çətin deyil ki?

- Tamaşa hazırladığım müddətdə orada qalıram, işlərim bitəndə isə Bakıya qayıdıram. Bakıda da darıxanda yenə Mingəçevirə qaçıram. Günümü yola verirəm də. Nəvələrim var. Onlarla da vaxt keçirirəm. Film çəkilişləri yoxdur. Olsaydı, gedib çəkilərdim. Enerjim var, amma iş yoxdur.

- Afaq Bəşirqızı ilə əlaqələriniz varmı?

- Danışırıq. Sabah zəng edib onu təbrik edəcəyəm. Novruz bayramı bütün bayramların şahıdır. Çox gözəl əhval-ruhiyyə ilə qeyd edirəm.

- Bir gün sonra 82 yaşa qədəm qoyacağınızı dedik. Yaş sizi qorxutmur ki?

- Əlbəttə, qorxudur. Hardan gəlir e bu yaş. Bu nə qanundur, bilmirəm (gülür).

Qeyd edək ki, Valeh Kərimov bir çox rolları ilə bərabər “Bəxt üzüyü” filmində oynadığı “Moşu” obrazı ilə tamaşaçıların yaddaşına həkk olunub.

Şahanə Rəhimli
Musavat.com

Xəbər 6740 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

27.11.2025  17:16 

Mikayıl Cabbarov yenidən seçildi

27.11.2025  11:51 

Rus ordusunda intiharlar davam edir

27.11.2025  10:33 

Əziz Orucov azadlığa çıxıb


BÜTÜN XƏBƏRLƏR +