Zelenski Keyt Kelloqla görüşdü
Zaqatalada yaşıllıqlara məmurlar məhv edib
Amerikalı siyasətçilər Trampa qarşı...
Ruslar Konstantinovkaya hücum etdi
“BBC News Azərbaycanca” Bakıdakı ofisini bağlayır
Xəzər dənizində rus kapitan xilas edildi
Jurnalist Nurlan Libre həbs edildi
Trampın oğlu Zelenskinin həbsinin vacibliyini bəyan edib?
Teleaparıcı dodaq makiyajını nümayiş etdirdi - Foto
Abutalıbova məxsus olduğu iddia edilən şirkət parçalandı


21.02.2018  09:05 

Tələbə kreditləri haqda yeni təklif





A+  A-

Azərbaycanda sahibkarların tələbələrə təhsil kreditlərin verilməsini təmin edən "Maarifçi" Tələbə Kredit Fonduna sərmayə qoyması, sahibkarların bu işə qoşulması təklif edilir.
XəzərNews.az xəbər verir ki, bu təklifi Milli Məclisin Elm və təhsil komitəsinin sədri, Azərbaycan Milli Elmlər Akademiyasının vitse-prezidenti İsa Həbibbəyli Trend-ə açıqlaması zamanı irəli sürüb. O bildirib ki, Təhsil Nazirliyi "Maarifçi" Tələbə Kredit Fondunu yaratmaqla aztəminatlı tələbələrin təhsil haqları borcunu ödəyə bilməsinə yardım istiqamətində ilk addımlarını atıb:

"Müşahidələrimizə görə, "Maarifçi" Kredit Fondunun yükünü bir çox ali məktəblər öz üzərlərinə götürüblər. Təəssüf ki, bu fonda sahibkarlar sərmayə qoymurlar. Amma bu işə sahibkarların qoşulmasına ehtiyac var. Bu, əslində iş adamları üçün də bir çox tərəfdən sərfəlidir. Bununla sahibkarlar həm ölkənin gələcəyi olan yeni savadlı nəslin hazırlanmasına kömək edəcəklər, həm də bir neçə ildən sonra tələbələr kreditləri qaytardıqları zaman onun faizləri hesabına gəlir əldə edəcəklər. Bəlkə də sahibkarlar bu işin əsl mahiyyətindən tam xəbərdar deyillər. Bu məsələnin sahibkarların diqqətinə çatdırılmasına, maarifləndirmə işinin aparılmasına ehtiyac var".

İ.Həbibbəyli bildirib ki, "Maarifçi" Tələbə Kredit Fondunun maliyyə imkanları az olduğu üçün təhsil kreditləri hələlik yalnız bakalavriat səviyyəsi üçün nəzərdə tutulur:

"Amma fondun maliyyə imkanları genişlənsə, magistratura, doktorantura üçün də təhsil kreditlərinin verilməsi faydalı ola bilər".
"Maarifçi" Tələbə Kredit Fondundan bildirilib ki, təhsil kreditləri üzrə sahibkarlar tərəfindən fonda indiyə qədər maliyyə qoyulmayıb:
"Fondla bu çərçivədə əməkdaşlıq etmək kifayət qədər sadədir. Bu barədə məlumat Fondun veb saytının müvafiq bölməsində yerləşdirilib".

Xatırladaq ki, "Maarifçi" Tələbə Kredit Fondu aztəminatlı ailələrdən olan tələbələrə kreditlərin verilməsi vasitəsi ilə onlara ali təhsil almağa yardım edir. Fondun təsisçiləri Azərbaycan Dillər Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti, Azərbaycan Dövlət Neft və Sənaye Universiteti, Azərbaycan Dövlət Pedaqoji Universiteti, Azərbaycan Memarlıq və İnşaat Universiteti, Azərbaycan Texniki Universiteti, Bakı Dövlət Universiteti, Bakı Slavyan Universiteti, Gəncə Dövlət Universiteti, Sumqayıt Dövlət Universitetidir.

Xəbər 1507 dəfə oxunub.



20.02.2025  19:43 

Türkiyə və LƏZGİLƏR

20.02.2025  19:33 

Zelenski Keyt Kelloqla görüşdü

20.02.2025  17:55 

Jurnalist Nurlan Libre həbs edildi

20.02.2025  16:52 

Məşhur aktrisa boşandı

20.02.2025  14:13 

Tanınmışlar da orduya qoşuldu


BÜTÜN XƏBƏRLƏR +