İş adamı gecə qəzasında öldü
Dövlət bu xəstəxanaya sabun vermir? - ŞİKAYƏT
Deputatın “səxavəti”, məddahların “bəy tərifi” - VİDEO
Müavinət və təqaüdlərdə də artım gözlənilir
Samarada Neft Emalı Zavodu vuruldu
Sabiq prezident Trampı “Ağ Evin qəssabı“ adlandırdı
Dövlət Turizm Agentliyinin əməkdaşını DTX saxlayıb
Leyla və Arzu Əliyevalar sərgidə
DİN vətəndaşlara müraciət edib
Suriya qaynayır: 745 nəfər həlak olub


17.07.2017  12:14 

XİN-dən qondarma rejimdəki “seçki”lərlə bağlı - Açıqlama





A+  A-

XİN-nin Mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyevin 19 iyulda qondarma rejimdə qanunsuz “prezident seçki”sinin keçirilməsini şərh edib.
XəzərNews.az-ın xəbərinə görə, H.Hacıyev bildirib ki, Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş ərazilərində yaradılmış qondarma rejimin “parlamenti”nə 3 may 2015-ci il tarixində keçirilmiş qurama “seçkilər”, 20 fevral 2017-cı il tarixində “konstitusiyaya dəyişikliklər edilməsi ilə bağlı referendum” beynəlxalq ictimaiyyət tərəfindən rədd edilib və tanınmayıb: "Qanunsuz “parlament” tərəfindən saxta “prezident seçki”sinin keçirilməsi özünü gülünc vəziyyətinə qoymaqdan və öz-özünü aldatmaqdan başqa bir şey deyil. Hər kəsə çox yaxşı məlumdur ki, qondarma rejimin kriminal “rəhbərliyi”, eləcə də saxta “parlament”in üzvləri Ermənistanın siyasi-hərbi hakimiyyəti tərəfindən təyin olunur və yalnız marionet funksiyasını yerinə yetirirlər".

O əlavə edib ki, Azərbaycanın işğal olunmuş ərazilərində yaradılmış qondarma rejim Ermənistanın Azərbaycana qarşı təcavüz və işğalı və işğal olunmuş ərazilərində apardığı qanlı etnik təmizləmə siyasətinin nəticəsidir: “Çıraqov və digərləri Ermənistana qarşı” işi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsinin 16 iyun 2015-ci il tarixli qərarında da təsdiq edildiyi kimi, bu rejim Ermənistanın idarəçiliyi və nəzarəti altındadır və Ermənistanın hərbi, siyasi, maliyyə və digər dəstəyi sayəsində öz mövcudluğunu davam etdirir".

XİN rəsmisi bildirib ki, qeyri-qanuni və saxta “prezident seçki”si Azərbaycanın Konstitusiyası, qanunları və beynəlxalq hüququn norma və prinsiplərinin açıq şəkildə pozulmasıdır:

"Ermənistanın bu addımı növbəti siyasi təxribatdır. Qoşunların təmas xətti boyunca vəziyyətin gərginləşdirilməsi məqsədilə Ermənistanın törətdiyi hərbi təxribatların davamı olaraq ATƏT-in Minsk Qrupunun həmsədrlərinin münaqişənin substantiv danışıqlar yolu ilə həlli istiqamətində olan səylərinin pozulmasına xidmət edir. Bütün bunlar bir daha onu sübut edir ki, Ermənistanın münaqişənin siyasi həllində həqiqətən maraqlı deyil və hər bir vəchlə işğala əsaslanan status kvonu saxlamağa çalışır".

H.Hacıyev vurğulayıb ki, davamlı və uzunmüddətli nizamlanmaya nail olunmasının yeganə və mümkün yolu BMT Təhlükəsizlik Şurasının məlum qətnamələrinin tələblərinə uyğun olaraq Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Dağlıq Qarabağ regionu və digər işğal olunmuş ərazilərindən qeyd-şərtsiz və tamamilə çıxarılması, azərbaycanlı məcburi köçkünlərin öz doğma torpaqlarına qayıtmaları üçün ayrılmaz hüquqlarının təmin edilməsi, Azərbaycanın beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünün bərpa olunması, Azərbaycanın sərhədləri daxilində Dağlıq Qarabağın erməni və azərbaycanlı icmalarının sülh şəraitində birgə yaşamasıdır:

"Ermənistan tərəfi əbəs yerə vaxt itirmək və öz xalqı və beynəlxalq ictimaiyyəti aldatmaq əvəzinə işğala son qoymalı, münaqişənin nizamlanması prosesinə konstruktiv şəkildə iştirak etməli və beynəlxalq öhdəliklərinə əməl etməlidir".

Xəbər 794 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

10.03.2025  11:59 

İş adamı gecə qəzasında öldü

10.03.2025  10:42 

Samarada Neft Emalı Zavodu vuruldu

09.03.2025  17:40 

Leyla və Arzu Əliyevalar sərgidə

09.03.2025  17:35 

DİN vətəndaşlara müraciət edib

09.03.2025  11:33 

Rafael Qetjiyə yenə məğlub oldu

09.03.2025  10:26 

Fuad Ələsgərov niyə görünmür?

09.03.2025  10:17 

Sabah iş günü olacaq?

09.03.2025  01:12 

Qarabağın oyununda dava -VİDEO

08.03.2025  14:52 

Donetskdə matəm elan edildi


BÜTÜN XƏBƏRLƏR +