Azərbaycanlının övladları Parisdə əllərindən alınıb
Biləsuvarda ölkənin ən böyük GES-i inşa olunur
Mənzurə özündən 7 yaş kiçik oğlana ərə gedir
“28 May“da avtobuslar toqquşub
75 min müəllimin maaşı artacaq
Ukrayna Rusiyanın dron zavodunu vurdu
Hicran Hüseynova təltif olundu
Məcburi üzvlükdən söhbət gedə bilməz - Müşavir
Bilgəhdə dənizdə batan şəxs tapıldı
“BakuBus“un avtobusu tüstüləndi


11.08.2025  10:57 

KİV: “Azərbaycan - İsrail və Suriya arasında sülh körpüsü“





A+  A-

İsrailin "The Jerusalem Post" nəşrində Azərbaycanın diplomatik yüksəlişindən, ölkəmizin energetika və tərəfdaşlıq sahəsində oynadığı həlledici roldan bəhs edən yazı dərc olunub.

XəzərNews.az xəbər verir ki, müəllif ilk növbədə ölkəmizin vasitəçi qismində mühüm rolunu qabardıb.

"Adətən danışıqlarda tərəflərin özləri əsas rol oynayır, vasitəçi isə yalnız ikincidərəcəli, texniki funksiyanı yerinə yetirir. Lakin elə hallar olur, tərəflərin mövqeləri o qədər uzaqdır ki, bütün sövdələşmə vasitəçidən asılıdır, onu prosesin mərkəzi fiquruna çevirir", - deyə müəllif bildirir.

Yazıda qeyd olunur ki, artıq Yaxın Şərq diplomatiyasında yeni oyunçu meydana çıxıb və bu, Azərbaycandır:

"Uzun müddətdir çevik enerji və regional təhlükəsizlik strategiyası ilə tanınan Bakı indi Qüds və Dəməşq arasında vasitəçi rolunu öz üzərinə götürməyə hazır görünür.

Müəllif bildirir ki, Azərbaycan həm İsrail, həm də müsəlman dünyası ilə paralel və balanslı münasibətlər saxlaya bilən nadir ölkələrdən biridir.

"Bu gün müharibələr nəticəsində dağılan Suriyanın iqtisadi tərəfdaşlığa və yenidənqurmada yardıma ciddi ehtiyacı var. Bakı bu arenaya enerji layihələri və infrastruktur dəstəyi ilə daxil olur. Bundan əlavə, Bakı Suriyadakı əməliyyatlarla bağlı İsrail və Türkiyə arasında münaqişənin qarşısını almaq üçün texniki danışıqlar aparır. Bu addımlar Azərbaycanın neytral və etibarlı dialoq platforması kimi reputasiyasını gücləndirir".

Qəzet yazır ki, Azərbaycanın diplomatik yüksəlişi təsadüfi deyil. Enerji sahəsində uzun illər aparılan tərəfdaşlıq və strateji uzaqgörənlik Bakını etibarlı regional aktora çevirib.

"Bu gün Bakı İsrail-Türkiyə məsləhətləşmələrinə ev sahibliyi edir, eyni zamanda, həm də Suriya ilə bağlı təşəbbüslər həyata keçirir. Əgər İsrail və Suriya arasında real sülh danışıqları başlasa, bu tarixi dialoqun Bakıda, Xəzər dənizinin sahilində baş tutması üçün real şans var", - deyə müəllif vurğulayır.

Xəbər 405 dəfə oxunub.



12.08.2025  15:59 

Bakıda dəhşətli qəza baş verib

12.08.2025  13:59 

“28 May“da avtobuslar toqquşub

12.08.2025  13:07 

Orta aylıq əməkhaqqı artıb

12.08.2025  13:03 

Sabahın havası açıqlandı

12.08.2025  13:00 

Hicran Hüseynova təltif olundu


BÜTÜN XƏBƏRLƏR +