Gənc şair Həsən Kürdən xəbər var
Rusiya 30 günlük atəşkəs təklifi ilə razı deyil
Tanınmış jurnalist Firuz Haşımov vəfat edib
Yevlaxda intihar hadisəsi olub
Sabah gündüz 26° isti olacaq
“Pulları onlardan alıb ciblərinə qoyurlar” - Əliyev
45 yaşlı kişi özünü surət qatarının altına atıb
Mövlud Çavuşoğlu Bakı forumundan danışdı
Prezident Bakı Forumunda iştirak edir
Azərbaycanda bir çox klinika bağlanacaq


02.02.2023  09:16 

Çoxmərtəbəli yaşayış binasında partlayış... - Foto





A+  A-

Bu gecə saat 00:15 radələrində Fövqəladə Hallar Nazirliyinin (FHN) “112” qaynar telefon xəttinə Bakı şəhəri, Nəsimi rayonu, 20 Yanvar küçəsində yerləşən çoxmərtəbəli yaşayış binasında partlayış baş verməsi barədə məlumat daxil olub.

FHN-dən XəzərNews.az-a verilən məlumata görə, dərhal əraziyə Dövlət Yanğından Mühafizə Xidməti Nəsimi Rayon Yanğından Mühafizə Hissəsinin qüvvələri cəlb edilib.

Hadisə yerində əməliyyat şəraiti qiymətləndirilərkən beşmərtəbəli yaşayış binasının 1-ci mərtəbəsində ümumi sahəsi 45m² olan ikiotaqlı mənzildə, ilkin ehtimala görə, məişət qazının sızması nəticəsində yanğınla nəticələnən partlayışın baş verdiyi müəyyən olunub.

FHN qüvvələri tərəfindən əməliyyat şəraitinə uyğun olaraq müvafiq tədbirlər görülüb.

Hadisə zamanı partlayış dalğasının təsirindən mənzilin bir otağının pəncərə çərçivəsi yerindən çıxıb, yanğın nəticəsində bir ədəd divan və kreslo qismən yanıb, yüksək temperaturdan bir ədəd kondisioner deformasiyaya uğrayıb. Mənzildə kirayəçi kimi yaşayan bir nəfər vətəndaş yanıq xəsarətləri alıb. Partlayış nəticəsində binanın yaxınlığında dayanan iki ədəd minik avtomobilinə ziyan dəyib.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır.



Xəbər 957 dəfə oxunub.




13.03.2025  15:55 

Yevlaxda intihar hadisəsi olub

13.03.2025  13:50 

Sabah gündüz 26° isti olacaq


BÜTÜN XƏBƏRLƏR +