Oxumağa gedirlər, amma geri qayırmırlar...
“Badamlı Quşçuluq”da yoxlama... - Nələr aşkarlandı?
Ağadadaş Ağayevlə bağlı hökm yanlış tirajlanıb? - VİDEO
Paytaxtda nə qədər üztanıma kamerası var?
Türkiyəli “biznesmen“in arxasında hansı qüvvələr dayanıb?
Qohumlar arasında nikah qadağan olunur
Zelenskinin istefası müzakirə edilməyib – Fox News
Mərkəzi Gömrük Hospitalında nə baş verir?
1 milyonluq mənimsəmədən 100 mini ödənilib?
Kim boşanmaq istəyir: Kişilər, yoxsa qadınlar?


09.12.2021  20:06 

“Azərişığ“ın əməkdaşını bıçaqladılar - Bu dəfə Ağdamda





A+  A-

Bu gün Azərbaycanda "Azərişığ"ın əməkdaşlarına qarşı günün ikinci kriminal hadisəsi baş verib.

XəzərNews.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Lənkəranda qurum əməkdaşının maşınının yandırılmasından sonra bu dəfə Ağdamın Quzanlı qəsəbəsində "Azərişığ"ın iki əməkdaşı bıçaqlanıb.

Belə ki, Oğuz rayonu, Bayan kənd sakini Rəhim Kərimov Quzanlıda qonaq qaldığı evdə “Azərişığ”ın iki əməkdaşına bıçaqla xəsarət yetirib.

Belə ki, o, elektrik sayğacının yoxlanılması əsnasında aralarında yaranmış münaqişə zamanı rayonun İmamqulubəyli kənd sakinləri - 1959-cu il təvəllüdlü Firdovsi Mirzəyev və 1962-ci il təvəllüdlü Şükür Mirzəyevi bıçaqlayıb.

DİN-in Mətbuat Xidmətinin Bərdə regional qrupunun baş inspektoru, polis baş leytenantı Aslan Qiyaslı saytımıza açıqlamasında bildirib ki, cinayəti törətməkdə şübhəli bilinən, əvvəllər məhkum olunmuş Rəhim Kərimov polis əməkdaşları tərəfindən saxlanılıb və barəsində Cinayət Məcəlləsinin 315-ci (Hakimiyyət nümayəndəsinə qarşı müqavimət göstərmə və ya zor tətbiq etmə) və 126.1-ci (Qəsdən sağlamlığa ağır zərər vurma) maddələri ilə cinayət işi başlanılıb, araşdırma aparılır.

Xəbər 1597 dəfə oxunub.



11.03.2025  18:37 

Bəs, “ədalət“ nədir?


BÜTÜN XƏBƏRLƏR +