Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub


18.12.2019  14:57 

Ukraynalıların daxili pasportla Rusiyaya getmələri qadağan edildi





A+  A-

Ukrayna vətəndaşlarının daxili pasportla Rusiya ərazisinə girişi qadağan edilib.
XəzərNews.az “Lenta.ru”ya istinadən xəbər verir ki, bu barədə Ukrayna Baş Naziri Aleksey Qonçaruk bildirib.

Qərar 2020-ci il martın 1-dən qüvvəyə minəcək. Rusiya ərazisinə səfərlər üçün ukraynalıların özlərinin pasportu olmalıdır.

Üstəlik, Qonçaruk qeyd edib ki, yeni nəzarət metodları səbəbindən sərhəd keçid vaxtı azalacaq.

“Məlumatları yoxlamaq üçün pasport məlumatları xüsusi cihazlarla oxunur”, -deyə o söyləyib.

Məhdudlaşdırıcı tədbir yalnız Rusiyaya daxil olan insanlara şamil olunur. Sərhədi əks istiqamətdə keçən və qonşu dövlətin ərazisindən vətənlərinə qayıdan Ukrayna vətəndaşları üçün qaydalar eyni qalır. Onlar daxili pasport və doğum haqqında şəhadətnamə əsasında buraxılacaqlar.

Xəbər 2990 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +