Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


18.12.2019  09:07 

Ən yaxşı fitnes-məhsullar





A+  A-

Hər kəsə məlumdur ki, arıqlamaq və ideal bədən quruluşuna sahib olmaq üçün düzgün qidalanmaq lazımdır. Bəzi məhsullar faydası ilə fərqlənir, digərləri o qədər də yox...
XəzərNews.az “MedikForum”a istinadən fitneslə məşğul olan insanlara üçün ən yaşı məhsulları təqdim edir:

Yağsız mal əti

Bu məhsul zülal və omeqa-3 yarımdoymamış yağ turşularının ideal mənbəyidir. Bundan başqa, onda hematopoetik funksiya üçün faydalı sink və dəmir var. Əgər yağsız mal ətindən istifadə etsək, o, qanda xolesterinin səviyyəsinin aşağı düşməsinə kömək edəcək.

Qızılbalıq və ya forel balığı filesi

Onda da mal ətində olduğu kimi çoxlu zülal var. Sağlamlıq üçün omeqa-3 yağ turşuları da az əhəmiyyətli deyil. Qırmızı balıqda çoxlu B qrupu vitaminləri, kalium, fosfor var. Ona görə də əgər əzələ kütləsini böyütmək istəyirsinizsə, file yemək lazımdır.

Paxla və soya məhsulları

Zülal və sellüloz – bu məhsulların əsas tərkib hissələridir. Bundan başqa, onlar çox doyumlu, dadlı, həm ət, həm də tərəvəzlərlə çox yaxşı uyğunlaşır. Doğrudur, paxladan çox istifadə etmək də lazım deyil, belə ki, onun tərkibində çoxlu kalori var.

Taxlalı bitki məhsulları

Bu, ən yaxşı fitnes-məhsullardan biridir, ona görə ki, onların tərkibində şəkər və sadə karbohidratlar o qədər də çox deyil. Məhsulda həzm və orqanizmdən yağların çıxarılması üçün lazımlı olan faydalı sellüloz var.

Kələm

Kələmin tərkibidə çoxlu vitamin və faydalı mikroelementlər var. Məhsul daha çox askorbin turşusu, beta-karotin, fosfor və kalsiumla zəngindir. Bu, orqanizm üçün son dərəcə faydalıdır. Söhbət təkcə ağ yox, həm də rəngli, brokkoli və Brüssel kələmindən gedir.

Avokado

Hətta yağlı məhsullar fitnes üçün uyğun ola bilər. Onlara avokado aiddir. Bu məhsulun tərkibindəki yağ orqanizm tərəfindən çox yaxşı həzm olunur, yanlarda və ya qarında yığılıb qalmır.

Meyvələr

Faydalı fitnes-məhsullara alma, sitruslar, armud, ananas, eləcə də bu meyvələrdən alınmış təzə sıxılmış şirələr aiddir. Onlar çoxlu vitamin, faydalı sellülozla zəngindir. Bu da, öz növbəsində, orqanizmə toxluq hissi bəxş edir.

Qərzəkli meyvə bitkiləri

Bunlar da tərkibindəki doymamış yağlar sayəsində toxluq hissi bəxş edən və beynin fəaliyyətini yaxşılaşdıran yağlı məhsullardır. Onların fərqli növlərində fərqli fayda var. Məsələn, fındıq fol turşsusu, keşyu maqnium və mis, qoz isə omeqa-6 yağ turşuları ilə zəngindir.

Toyuq və hind toyuğu

Bunlar fitnes məhsulları arasında klassik hesab olunur. Hind toyuğu ətində və toyuq filesində çoxlu zülal və cüzi yağ var. Fitnes-məhsul sink, maqnium, PP və H vitaminləri, kükürd və kolinlə zəngindir.

Xəbər 3320 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +