Bakıda yaşayış binasında yanğın baş verib
Pakistanda güclü partlayış: Ölənlər var
Lamin Yamal millidən uzaqlaşdırıldı
Şirkəti bağlandı, zavodun əmlakına həbs qoyuldu
Sərxoş sürücü saxlanıldı
Trampdan Əhməd əl-Şaraaya 55 dollarlıq hədiyyə
Rusiya Odessanı vurdu
Rəşad Dağlı həbsdən azad olunub?
Mehdiyev Memarlıq İttifaqını necə ələ keçirdi?
Rusiyada neft zavodu vuruldu


09.06.2018  10:21 

Diqqət! - Bu eynəklər ziyanlıdır





A+  A-

Yay mövsümündə gün eynəkləri ən dəbdə olan aksesuara çevrilir, lakin insanlar imkan daxilində ucuz və bir o qədər də keyfiyyəti olmayan gün eynəklərindən istifadə etməməlidir.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə oftalmoloq-cərrah Azər Kərimov deyib. A.Kərimov qeyd edib ki, əksəriyyət ucuz eynəklərin onların gözləri və ümumi səhhətləri üçün ziyanlı olduğunun fərqində deyil:

"Ucuz qiymətə satılan eynəklərin şüşələrinin materialları orijinal eynəklərdən fərqlidir. Ucuz qiymətə satılan gün eynəklərinin optik şüşələri tam orqanik olmur, hansısa plastik materiallardan hazırlanır. Bu eynəklərin şüşələrində xüsusi örtüklər və qatlar olmur. Bunlar olmadığına görə də həmin eynəklər orijinal eynəklərin verdiyi rahatlığı verə bilmir, işıq keçiriciliyi fərqli olur".

Oftalmoloq-cərrah bildirib ki, ucuz qiymətə satılan eynəklərin şüşələrində şəffaflıq zəif olduğundan göz obyekti yaxşı fokuslaya bilmir:

"Göz yaxşı fokuslaya bilməyəndə isə beyin 2-3 qat çətinliklə işləyir. Ucuz eynəklərdən istifadə edən bəzi adamlar hansısa obyekti iki gördüklərini, bəziləri isə ürəyinin sıxıldığını və s. deyə bilər. İşıq bir az zəif olan zaman həmin eynəklərdən istifadə göz üçün daha çətindir. Çünki bu eynəklərdə polaroid funksiyası yoxdur".

Lakin A.Kərimov bütün hallarda gün eynəklərindən istifadənin vacibliyini vurğulayıb. Onun sözlərinə görə, ultrabənövşəyi şüalar gözlərə hətta ucuz gün eynəklərindən daha çox zərər vurur.

Xəbər 3261 dəfə oxunub.



11.11.2025  13:50 

Sərxoş sürücü saxlanıldı

11.11.2025  11:32 

Rusiya Odessanı vurdu

11.11.2025  10:55 

Rusiyada neft zavodu vuruldu

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto


BÜTÜN XƏBƏRLƏR +