Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi
Qələbinin 5-ci ili: Parad heyətlərinin təntənəli keçidi
Ərdoğan Azərbaycana səfər edəcək?
Diaspor sədri təltif olundu - Foto
Pokrovskın ələ keçirilməsi Rusiyaya nə verəcək?
“Pajiznicesi” yenidən həbs olundu
Prezident Pəncəli Teymurova Milli Qəhrəman adı verdi
Ukrayna ordusu Krımda neft bazasını vurub
Lavrovun Putinin gözündən düşməsi... – Peskov


27.04.2017  17:08 

Qoşulub qaçdıqları deyilən qızlarla bağlı HƏQİQƏT





A+  A-

Gəncədə universitet tələbələri olan qızların birlikdə qaçması ilə bağlı yayılan xəbərin təfərrüatı məlum olub.
XəzərNews.az xəbər verir ki, Azxeber.com-a danışan qızların tələbə yoldaşları hər iki tələbənin Gəncə Dövlət Universitetinin "Xarici dillər" fakültəsində təhsil aldığını deyib. Aysel adlı qız fakültənin Alman dili ixtisasının 2-ci kursunda, Lalə adlı qız isə Fransız dili ixstisasının 4-cü kursunda təhsil alırmış. Onlardan biri Gəncədən, digəri isə Goranboy rayonundan olublar.

Məlumata görə, qızlar arasındakı münasibət heç də yazıldığı kimi “sevgi” münasibəti olmayıb. Lalə adlı qız öz sevdiyi oğlanla birlikdə Türkiyəyə qaçmaq istədiyi zaman, yaxın rəfiqəsinə də onlarla birlikdə getməsini və birlikdə işləməyi təklif edib. Gənclər birlikdə Türkiyəyə qaçmaq istəyərkən hava limanında ailə üzvləri tərəfindən saxlanılıblar. Hazırda Gəncədə olan qızlar ailələrinin yanındadırlar.

Məlumata görə, 2-ci kurs tələbəsi olan Ayselin ailəsi onu universitetdən çıxartmaq istəsə də, rəhbərliyin təkidi ilə tələbə universitetdə təhsilini davam etdirəcək.

Qeyd edək ki, Azərbaycanda iki qızın bir-birinə qoşulub qaçması ilə bağlı xəbər dərc edilib. Xəbərdə məlum olub ki, hər iki qız cinsi azlıq nümayəndəsidir və çoxdandır bir-birini "sevirmiş". Məlumatı ilk olaraq olke.az saytı dərc edib.



Xəbər 2714 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi

07.11.2025  10:50 

Baş redaktor vəfat etdi

07.11.2025  10:26 

Bakıda evdən meyit tapıldı


BÜTÜN XƏBƏRLƏR +