Rusiya ordusu daha 3 kəndi işğal edib
Niaqara şəlaləsi Azərbaycan bayrağının rəngləri ilə işıqlandırılıb -VİDEO
Sərnişinlərə şad XƏBƏR: Bu tarixdən...
Suriya Prezidentinə qarşı sui-qəsd cəhdi
Hərbi salam verib, əlini sıxdı –VİDEO
“İmişlidə faciə: Həkimlərə təhvil verdik, evə çatanda xəbəri gəldi ki ölüb ”
Bakıda ağır qəza: Sürücü öldü -VİDEO
Rəsul Quliyev Bakıya gəlir - Özü açıqladı
Romada azərbaycanlı qadın itkin düşüb
“Vaşaq“ və “Kobra-2“ ilk dəfə nümayiş etdirildi


21.04.2017  18:37 

Maliyyə Bazarlarına Nəzarət Palatasından QHT-lərə TƏLƏB





A+  A-

Maliyyə Bazarlarına Nəzarət Palatası (MBNP) ölkə QHT-lərini narazı salan məsələyə cavab verib.
“1 yanvar 2017-ci il tarixindən “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikası Qanunu qüvvəyə minib. Milli Məclis tərəfindən qəbul edilmiş və cənab Prezident tərəfindən imzalanmış Qanunla vergi ödəyiciləri üçün nağdsız hesablaşmaların aparılmasına dair xüsusi rejim müəyyən edilmişdir”, - deyə XəzərNews.az-ın sorğusuna cavab olaraq Maliyyə Bazarlarına Nəzarət Palatasından bildirilib.

Rəsmi cavabda daha sonra deyilir:

“Biz qanunları icra edirik, müzakirə etmirik. Qeyri-hökumət təşkilatları (QHT) da vergi məqsədi üçün qeydiyyata alınmış hüquqi şəxslər olaraq “Nağdsız hesablaşmalar haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müvafiq tələbləri yerinə yetirməlidirlər. QHT-lər və ictimai birliklər ictimai maraqları, şəffaflığı və maliyyə intizamlılığını gücləndirməli və müdafiə etməlidirlər. Hər bir QHT fəaliyyəti zamanı maliyyə əməliyyatlarını şəffaf aparmalıdır”-deyə bildirilib.

Palata QHT-ləri təmkinli olmağa və qanunlara qeyd-şərtsiz əməl etməyə dəvət edib.

Xəbər 3717 dəfə oxunub.



07.11.2025  16:52 

Diaspor sədri təltif olundu - Foto

07.11.2025  14:00 

Torpağı, qumu sarı - Nərimanabad

07.11.2025  11:36 

YUNESKO yeni rəhbər seçdi


BÜTÜN XƏBƏRLƏR +