AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


25.11.2021  19:28 

Tibb işçiləri sığorta əlavələrini ala bilmirlər?





A+  A-

Şirvan Mərkəzi Xəstəxanasının əməkdaşları 11 aydır icbari tibbi sığortanın əlavələrinin verilmədiyini deyirlər.

İşdən qovulmaq qorxusu ilə adının açıqlanmasını istəməyən xəstəxana əməkdaşı Meydan TV-yə bildirib ki, rayondakı Diaqnostika Mərkəzinin əməkdaşları bir neçə ay əlavələri ala biliblər. Onlara isə əlavələr ödənilmir:

“Həkim və orta tibb bacılarının əməkhaqlarının necə hesablandığını bilmirik. Birinin maaşı yüksək olur, digərininki az”.

Xəstəxananın digər əməkdaşı isə qeyd edib ki, nəinki 11 ay, hətta ondan əvvəl də əlavələri ala bilməyib. İcbari tibbi sığorta ilə işləmələrinə baxmayaraq, hələ də maaş, bonus və əlavələrin necə hesablandığından xəbərsizdir:

“Hər xəstəyə görə 90 qəpik alırmışıq. Bilmirsən, xəstəyə baxasan, yoxsa gəlib-gedənləri hesablayasan”.

Siyəzən Regional Diaqnostika Mərkəzinin əməkdaşları da əlavələri almadıqlarını deyirlər. Onların sözlərinə görə, ətraf kəndlərdə olan həkimlər də əlavələri almadıqlarını söyləyiblər.

Bakıdakı xəstəxanalarda da tibb işçiləri əlavələrin düzgün hesablanmamasından, eləcə də vaxtlı-vaxtında ödənilməməsindən şikayətləniblər.

İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyindən isə Meydan TV-yə bildiriblər ki, həvəsləndirici əlavələr tibb müəssisələrindən agentliyə hər ay daxil olan məlumata əsasən ödənilir. Bəzi tibb müəssisələri tərəfindən məlumatın agentliyə təqdim olunmasında yubanmalar müşahidə edilir.

Agentlik bildirib ki, bu ilin yanvar-oktyabr ayları ərzində Şirvan Rayon Mərkəzi Xəstəxanasının tibb və qeyri-tibb işçilərinə “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na uyğun olaraq təxminən 1 milyon 500 min manata yaxın sabit həvəsləndirici əlavələr (icbari tibbi sığorta əlavəsi) ödənilib. İşin nəticələrinə görə həkimlərə aylıq həvəsləndirici əlavələr (yəni həkimlərə verilən bonus) sözügedən tibb müəssisəsindən agentliyə daxil olan məlumata əsasən ödəniləcək. Şirvan Mərkəzi Xəstəxanasına bildirilib ki, qeyd edilən məlumatı qısa müddətdə agentliyə təqdim etsin.

Agentlik bildirir ki, Siyəzən Müalicə Diaqnostika Mərkəzinin tibb və qeyri-tibb işçilərinə isə yanvar-oktyabr aylarında təxminən 694 min manata yaxın sabit həvəsləndirici əlavələr ödənilib. İşin nəticələrinə görə isə həkimlərə cari ilin yanvar-aprel ayları üzrə təxminən 50 min manata yaxın aylıq həvəsləndirici əlavələr ödənilib.

Agentlikdən qeyd edilib ki, səhiyyə işçilərinin əməyinin ödənilməsi İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin müvafiq Qərarı ilə təsdiqlənmiş ““Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” publik hüquqi şəxsin tabeliyindəki tibb müəssisələrində çalışan səhiyyə işçilərinin əməyinin ödənilməsi Qaydası”na əsasən hesablanır. Qaydaya əsasən səhiyyə işçisinin əməkhaqqına tutduğu vəzifədən, stajından və xidməti fəaliyyətinin qiymətləndirilməsindən asılı olaraq müəyyən edilən vəzifə (tarif) maaşı, əmək şəraitinə görə ödənilən əlavələr, həvəsləndirici əlavələr, Əmək Məcəlləsində, normativ hüquqi aktlarında, habelə agentliyin qərar və əmrlərində nəzərdə tutulmuş digər ödənişlər daxildir.

Qaydaya uyğun olaraq tibb işçilərinə vəzifədən və yerinə yetirilən işin xüsusiyyətindən asılı olaraq, sabit və ya xidmətə görə həvəsləndirici əlavələr verilir. Belə ki, vəzifə öhdəliklərinin xarakterindən və müvafiq həkim ixtisası (vəzifəsi) üzrə pasiyent müraciətinin qeydiyyatı xüsusiyyətləri nəzərə alınaraq, bəzi həkimlərin (ixtisaslar/vəzifələr üzrə) aylıq vəzifə (tarif) maaşına aylıq sabit həvəsləndirici əlavələr tətbiq edilir.

Aylıq həvəsləndirici əlavələr isə həkimlərə ixtisasları/vəzifələri üzrə göstərilən xidmətin ölçülməsi və dəyərləndirilməsi məqsədilə verilir. Optimal iş yükünü və iş saatlarını nəzərə alaraq, həkimlərin xidmətlərinin yuxarı kəmiyyət həddi məhdudlaşdırılır və yuxarı kəmiyyət həddini aşaraq göstərilən tibbi xidmətlərə görə əlavələr ödənilmir.

Qeyri-tibb işçilərinin aylıq vəzifə maaşlarına isə aylıq həvəsləndirici əlavələr tətbiq edilir. Bu əlavələr onların çalışdıqları tibb müəssisəsinin aid olduğu qrup və kateqoriyadan asılı olaraq tənzimlənir.

Xəbər 1762 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +