AZAL-a məxsus təyyarənin qara qutusu tapılıb
Azərbaycan xalqına böyük faciə üz verib -Prezident
“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto


16.11.2021  14:38 

“Kapital Bank”-ın posterminal problemi





A+  A-

Azərbaycandakı az sayda sistem banklardan biri olan “Kapital Bank” həm də ən geniş müştəri bazasına malik olan banklardandır. Lakin müştərilərin hər zaman bankdan razı qaldığını söyləmək bir qədər çətindir.

XəzərNews.az xəbər verir ki, “AzPolitika.info”-ya müraciət edən bir neçə sahibkar “Kapital Bank”-dan posterminal almağın müşkülə çevrilməsindən, qarşılaşdıqları süründürməçilikdən şikayətləniblər. Bildirilir ki, əslində, “Kapital Bank” digər banklarla müqayisədə obyektlərə posterminal quraşdırılmasıyla bağlı daha uyğun və sərfəli şərtlər təklif edir. Sahibkarlar da bankın etibarlılıq səviyyəsini və təklif etdiyi şərtləri nəzərə alaraq, “Kapital Bank”da hesab açır və bankın posterminalını almaq üçün müraciət edirlər. Bank da məmnuniyyətlə müştəriləri qəbul edir, onlara hesab açır və tezliklə posterminalın quraşdırılacağına dair vəd verir. Lakin son zamanlar hər şey elə bu vədlə də yekunlaşır.

Məsələn, “Kapital Bank”-ın Yasamal filialına müraciət edən sahibkarlardan biri bir aydan artıqdır ki, posterminal yolu gözlədiyini, lakin sözügedən aparatdan səs-soraq olmadığını bildirir. Hesab açdıqdan sonra banka dəfələrlə müraciət edərək, posterminal quraşdırılmasını xahiş etsə də, ona sadəcə gözləməyi təklif ediblər. Bu isə nəticə etibarilə sahibkarı həm müştərilərin, həm də vergi orqanının qarşısında çətin vəziyətdə qoyur. Bir yandan vergi əməkdaşları qanunvericiliyə uyğun olaraq posterminal quraşdırılmasını tələb edir, digər yandan müştərilər ödənişi kart vasitəsilə posterminaldan həyata keçirmək istəyirlər. Sahibkar isə aciz durumda qalır və eyni zamanda da xeyli sayda müştəri itirir. Bu da nəticədə həm sahibkara, həm də sahibkar dövriyyəsi azaldığından vergi ödəyə bilmədiyi üçün dövlətə ziyandır.

“Kapital Bank”-da xeyli vaxtdır posterminallarla bağlı yaranan problemin nəylə əlaqədar olduğu məlum deyil. Ancaq hər halda yaxşı olar ki, bank müştəriyə hesab açmadan, posterminalla bağlı vəd vermədən öncə, bu işi vaxtında yerinə yetirə bilib-bilməyəcəyini hesablasın. Nə özünü nə də sahibkarı pis vəziyyətdə qoymasın...

Xəbər 2900 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər


BÜTÜN XƏBƏRLƏR +