“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


18.05.2017  09:34 

Azərbaycan bu gün 100-cü medalını qazana bilər





A+  A-

Mayın 18-də Bakı-2017 IV İslam Həmrəyliyi Oyunlarında daha bir neçə idman növü üzrə idmançılar qüvvəsini sınayacaq.
XəzərNews.az xəbər verir ki, atletikada kişilər 200, 800 m məsafəyə qaçış, 3000 m maneələrlə qaçış və çəkic atma, qadın idmançılar isə 200, 400, 5000 m məsafəyə qaçış, 100 m sədlərlə qaçış, nizə atma, uzunluğa tullanma və hündürlüyə tullanma yarışlarında qüvvələrini sınayacaqlar.

Bu gün basketbol 3X3 yarışlarına da start veriləcək. Qadınlardan ibarət millimiz Türkmənistan, Əlcəzair, kişi idmançılardan ibarət yığmamız isə Türkiyə və Türkmənistanla qarşılaşacaq.

Mayın 18-də boks yarışlarına yekun vurulacaq. Eyni zamanda suya tullanma yarışlarına da start veriləcək.

Futbol turnirində millimiz yarımfinalda Əlcəzairlə qarşılaşacaq.

Stolüstü tennisdə yarımfinala yüksələn idmançılar məlum olacaq.
Bundan başqa, taekvando yarışlarında Azərbaycanı qadınlardan Darya Şkurko (62 kq), kişilərin mübarizəsində isə Məhəmməd Məmmədov (63 kq), Səid Quliyev (74 kq) və Ramin Əzizov (87 kq) təmsil edəcək.

Bu gün tennis oyunları davam edəcək. Voleybol turnirində qadınlardan ibarət komandalar arasında ən güclülər müəyyənləşəcək.
Yunan-Roma güləşçilərinin mübarizəsində də idmanşılarımızı görə biləcəyik. Kamran Məmmədov (66 kq), Elvin Mürsəliyev (75 kq), İslam Abbasov (85 kq) və Sabah Şəriəti (130 kq) tatami üzərinə çıxacaqlar.
Qeyd edək ki, bu gün Azərbaycan milli komandası İslam Otynlarında 100-cü medalını qazana bilərlə. Belə ki, mayın 18-dək olan nəticələrdən sonra Azərbaycanın aktivindəki medalların sayı 99-a yüksəlib. Medallardan 50-si qızıl, 29-u gümüş, 20-si bürüncdür. Sıraıamada 2-ci olan Azərbaycanı 137 medalla Türkiyə qabaqlayır. İran millisi 3-cüdür – 54 medal.

Xəbər 1472 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +