“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


13.05.2017  13:59 

7 cüdoçumuz finalda





A+  A-

Bu gün İslam Həmrəylik Oyunlarında cüdo yarışlarına start verilib.
XəzərNews.az xəbər verir ki, 6 cüdoçumuz artıq finala vəsiqə qazanıb.

Kişilər

60 kq

Bu çəki dərəcəsində yarışan Orxan Səfərov mübarizəyə 1/4 finaldan başlayıb. Cüdoçumuzun ilk rəqibi Ali Xosrof (Yəmən) olub. Səfərov 48 saniyəyə qələbə qazanıb. O, yarımfinalda qırğızıstanlı Otar Bestayevlə mübarizə aparıb. Səfərov rəqibinə şans verməyib. Təmsilçimiz finalda Bəkir Özlü (Türkiyə) ilə münasibətinə aydınlıq gətirəcək.

66 kq

Nicat Şıxəlizadə də yarışa 1/4 finalla start verib. Avropa çempionatının bürünc mükafatçısı Eisa Macraşidən (Səudiyyə Ərəbistanı) üstün olub. Həmyerlimiz yarımfinalda Əlireza Xojastehlə (İran) münasibətinə aydınlıq gətirəcək.

73 kq

Avropa çempionu Hidayət Heydərov 1/8 finalda toqolu Frederik Adebayo Olimpionu sınağa çəkib. Həmyerlimiz rəqibini 68 saniyəyə ippona salıb. O, ikinci cəhdində Bekadil Şaymerdenovla (Qazaxıstan) güləşib. Bu rəqib də Heydərova qalib gələ bilməyib. Onun ardınca Qiyosjon Boboyevi (Özbəkistan) də məğlub edən təmsilçimiz mübarizəni finalda davam etdirəcək.

Bu çəkidə ölkəmizi təmsil edən Olimpiya Oyunlarının bürünc mükafatçısı Rüstəm Orucov da İslamiadaya qələbə ilə başlayıb. O, 1/8 finalda Behrusi Xocazadəni (Tacikistan) mübarizədən kənarlaşdırıb. Orucov yarımfinala gedən yolda iordaniyalı Yunis Odatı da ipponla məğlub edib. O növbəti deulində türkiyəli Həsən Vanlıoğlunu sınağa çəkəcək.

Qadınlar

48 kq

Bu çəki dərəcəsində mübarizə aparan Aişə Qurbanlı yarışa yarımfinaldan başlayıb. O, ilk cəhdində iordaniyalı Ayah Kitaneyə heç bir şans verməyib.

Digər təmsilçimiz Erdenebat Bazarraqça isə qazaxıstanlı Səltənət Sultanbekova və mərakeşli Vafai Şofre İdrissi ilə birlikdə dairəvi sistemlə ikinci finalçının adına aydınlıq gətirəcəklər.

52 kq

Nəzakət Əzizova yarışa 1/4 finalla start verib. O, ilk olaraq qabonlu Ester Korine Evala Bondime ilə mübarizə aparıb. Həmyerlimiz cəmi 49 saniyəyə qələbə qazanıb. Əzizova finala gedən yolda özbəkistanlı Diyora Keldiyorova ilə qüvvəsini yoxlayıb və mərhələ adlayıb. O, finalda türkiyəli İrəm Qorxmazla qarşılaşacaq.

57 kq

Yığmamızın yeni legioneri Munxtsedev İçinxorlu 1/8 finalda iordaniyalı Hadel Elalmi ilə görüşüb. Təmsilçimiz mərhələ keçməkdə çətinlik çəkməyib. O, 1/4 finalda Ratiba Tariket (Əlcəzair) ilə güləşib və ipponla uduzub. Buna baxmayaraq, o, medal şansını davam etdirəcək. İçinxorlu təsəlli görüşündə Amangül Allanazarova (Özbəkistan) qüvvəsini sınayacaq.

Kifayət Qasımovanın da ilk cəhdi 1/8 finala təsadüf edib. Mərakeşli Yusra El Buhariyə ipponla qalib gələn cüdoçumuz ardınca qığızıstanlı Kseniya Beldiaginanı da vaxtından əvvəl məğlub edib. O, yarımfinalda Züleyxa Dabonne (Fil Dişi Sahili) ilə gücünü yoxlayıb və yenə tatamini qalib kimi tərk edib.

63 kq

Xanım Hüseynovanın ilk rəqibi türkmənistanlı Ayna Cumaquliyeva olub. Təmsilçimiz ipponla mərhələ adlayıb. O, yarımfinalda Məryəm Bjaoui (Tunis) ilə qarşılaşıb. Bu rəqibini də mübarizədən kənarlaşdıran Hüseynova finalda türkiyəli Busra Katipoğlu ilə üz-üzə gələcək.



Xəbər 1539 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +