“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


26.10.2022  16:13 

Ermənistan Cənubi Qafqazı 30 il necə dala saldı? - Təhlil





A+  A-

Cənubi Qafqaz Respublikalarının iqtisadi əməkdaşlığının çox böyük perspektivləri var, sadəcə illərdir bunun qarşısında ən böyük əngəl Ermənistanın Azərbaycan ərazisini işğal etməsi, aqressiv və düşmən tutumu idi. İkinci Qarabağ savaşından və Azərbaycan ilə Ermənistan arasında sülh danışıqlarının intensivləşməsindən sonra bölgədə dayanıqlı sülh üçün kövrək də olsa ümidlər yaranıb.

2021-ci ildə Gürcüstan ilə Azərbaycan arasında ticarət dövriyyəsi 1,1 milyard dollardan çox olub, ötən il Cürcüstan ilə Ermənistan arasında ticarət dövriyyəsi isə cəmi 102 mln. 614 min dollar təşkil edib. Azərbaycanla Ermənistan arasında rəsmi heç bir ticarətin olmadığını nəzərə alsaq, Cənubi Qafqaz ölkələrinin qarşılıqlı ticarət dövriyyəsi cəmi 1 mlrd. 200 mln. dollar civarındadır ki, bu da çox aşağı göstəricidir.

Son 30 ildə Azərbaycan – Ermənistan münaqişəsindən müəyyən dividentlər götürən ölkə Gürcüstan idi, yol və kommunikasiyaların Gürcüstandan keçməsi, Türkiyənin Ermənistana satdığı mallar məhz Gürcüstan üzərindən olması əlavə dividentlər gətirirdi. Bundan başqa Türkiyıdən Azərbaycana, Orta Asiyaya, qismən də Rusiyaya gedən bütün yük maşınları Gürcüstanın “Sarp” və “Axalsıx” sərhəd-keçid məntəqələrindən Gürcüstana daxil olaraq yüzlərlə km yol qət edib Azərbaycan sərhəddinə çatır və illərdir yol boyu həmin yük maşınlarına görə böyük infrastruktur qurulub, kafelər, restoranlar, motel və otellər, təmir məntəqələri – yüzlərlə belə obyeklərdə minlərlə Gürcüstan vətəndaşları çalışarırlar, onlar həm özləri qazanır, həm də vergi ödəyicisi olaraq büdcəyə də dəstək olurdular.

Xülasə, son 30 ildə Gürcüstan münaqişənin iqtisadi “benefisiarı” idi – məhz buna görə də Cənubi Qafqazda nəzərdə tutulan yeni koridorlar və logistik marşrutların açılması onların iqtisadi maraqlarına toxuna biləcəyindən çəkinirdilər. Amma çəkincələri yersizdir, qardaş Gürcüstan Respublikası bölgənin sülh və açılım şəraitində yaşamasından indikindən daha çox iqtisadi fürsət və gəlir götürəcək. Çünki, hələ uzun müddər qarşılıqlı güvən təsis olunmayacağına görə Azərbaycan və Türkiyə biznesi Ermənista Tiflis üzərindən açılacaq, mərkəz yenə də Tiflis olacaq – narahat olmasınlar. Gürcüstan Azərbaycanın təbii iqtisadi uzantısı, dünyaya açılan qapısıdır, bu Zəngəzur koridorları açılandan sonra da belə qalacaq.

Ümumiyyətlə, zaman-zaman önə çıxan, sonradan unudulan “Ümumi Qafqaz Evi” ideyasının yenidən gündəmə gəlməsi, altının doldurulması zamanıdır. Hər üç ölkənin taleyi də, istiqaməti də birdir – sadəcə Ermənistanın təcavüzü ötən əsrin 90-larında bu işi pozdu, münaqişə olmasaydə hələ ötən əsrin sonunda hər üç respublika Baltikyanı ölkələr kimi Avropa məkanına inteqrasiya ola bilərdilər, Ermənilərin düşüncəsiz və aqressiv davranışları, işğal xülyaları Cənubi Qafqazı 30 il dala saldı, amma necə deyərlər, “gec olun-güc olsun”...

Natiq Cəfərli
İqtisadçı


Xəbər 1007 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +