“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


22.06.2022  09:22 

“Danışıqlara Rafiq Ədilovun göstərişi ilə getmişəm...” – MƏHKƏMƏ





A+  A-

Şəki Ağır Cinayətlər Məhkəməsində hakim Nahid Mirzəyevin sədrliyi ilə Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyev, Göyçay rayon İcra Hakimiyyəti Başçısının Qarabaqqal kəndi üzrə icra nümayəndəsi Qurban Kərimov və ETSN-nin 8 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin aparıcı məsləhətçisi Mübariz Hacıyevin məhkəmə işi davam edir.

İş üzrə qeyri-rəsmi şikayətçi İlham Əzimov qeyri-qanuni torpaq daşımaq niyyətilə Göyçay rayon Qarabaqqal bələdiyyəsinin sədri Ramin Nəbiyevlə görüşür, həmin görüşdən sonra o, 8 saylı Regional Ekologiya İdarəsinə gələrək Vüqar İsmayılova müraciət edir, daha sonra isə həmin idarənin rəisi Rafiq Ədilovun qəbulunda olur.

Rafiq Ədilovu işin içindən necə çıxarırlar?..

İstintaq materiallarına əsasən, qəbuldan sonra İlham Əzimov Rafiq Ədilovla birlikdə idarənin həyətində söhbət edir, daha sonra Rafiq Ədilovun çağırışı ilə Mübariz Hacıyev gəlir və birlikdə söhbət edirlər. Söhbət əsnasında Rafiq Ədilovun göstərişi ilə İlham Əzimov mobil telefonu ilə Bələdiyyə sədri Ramin Nəbiyevi yığaraq danışır və sonra dəstəyi Rafiq Ədilova verir. Danışığın mahiyyətində “Rafiq Ədilovun Ramin Nəbiyevə axşam Mübarizlə görüşüb danışması barədə” fikirlər səsləndirilir.

Yəni idarə rəisi kimi, Rafiq Ədilov bütün baş verənlərin – yəni torpağın Qarabaqqal bələdiyyəsi ərazisindən daşınmasının memarı olub. Mübariz Hacıyevin İlham Əzimovla tanışlığı onun Rafiq Ədilovun qəbulundan sonraya təsadüf edib. Mübariz Hacıyev bələdiyyə sədri Ramin Nəbiyev və formal şikayətçi İlham Əzimovla görüşə məhz Rafiq Ədilovun göstərişi ilə gedib.

İttiham aktında yer alan və müstəntiq tərəfindən Mübariz Hacıyevə dinlətdirilən səs yazısına diqqət edən zaman dialoqlarda şikayətçi və digər təqsirləndirilən şəxslər də etiraf edirlər ki, Mübariz Hacıyevin İlham Əzimov və Ramin Nəbiyevlə görüşməsi idarə rəisi Rafiq Ədilovun göstərişi ilə olub.


Foto: Rafiq Ədilov

Amma nə hikmətdirsə ittiham tərəfi və məhkəmə Rafiq Ədilovu işin içindən “kərə yağından qıl çəkən” kimi çəkib çıxarıblar.

Necə ola bilər ki, səs yazısındakı dialoqlarda prosesin iştirakçısı – yəni hərəkətverici qüvvəsi, “kilid açar”ı nəyinki təqsirləndirilən şəxs, heç şahid kimi də dindirilməyib.

Bu barədə başqa vaxt daha ətraflı yazacağıq.

Səs yazısında nələr var?

İndi isə məlum səs yazısındakı diloqlarda Rafiq Ədilovun prosesdən xəbəri olması ilə bağlı ifadələrə diqqət edək. Səsin yazıldığı görüş Mübariz Hacıyev, bələdiyyə sədri Ramin Nəbiyev və həmin gün tanıdığı İlham Əzimov arasında baş tutub.

Səs yazısında:

İlham Əzimov: Rəis (Rafiq Ədilovu nəzərdə tutaraq) deyirsə qanundur.

Mübariz Hacıyev: Vüqarla söhbət eləmisən? Oradakı hüquqşünasla? Sən öl, bu dəqiqə o hə də desə konkret söz deməyəcəm. Sabah ona (Rafiq Ədilovu nəzərdə tutaraq) deyəcəm. Söhbət budu. Bəlkə dedi heç olmaz? Mən gedirəm, sən (Ramin Nəbiyevə) mənə zəng edib hə, yox deyərsən. Hə olacaq mən də o kişi ilə danışacam (Rafiq Ədilovu nəzərdə tutur), səninlə görüşəcəm.

11:31-ci saniyədə Mübariz həmin yeri tərk edir.



Pulu qəbul etmədim, bu işə razılıq vermədik…

31.03.2021-ci il tarixdə Ramin və İlhamla görüşdən sonra o, rəisi Rafiq Ədilova görüş barədə məlumat verib, İlham Əzizovun qeyri-qanuni karxanadan torpaq götürmək istəməsini deyib, rəis də buna qəti etirazını bildirib. Yalnız rəsmi karxanadan torpaq götürülməsinə icazə verilməsini deyib.

M.Hacıyev əlavə edib ki, Ramin onunla görüşmək istəməsini bildirib, o da vaxtı olmadığından yalnız 02.04.2021-ci il tarixdə səhər saatlarında Göyçay şəhəri ərazisində 4 yol deyilən ərazidə Raminlə görüşüb, görüş zamanı o, Rafiq Ədilovun yalnız rəsmi karxanadan qanuni yolla torpaq daşınmasına icazə verməsini bildirib, qanunsuz torpaq daşınması ilə bağlı razılıq vermədiklərini bidirib.

Qeyd edək ki, növbəti məhkəmə prosesi iyunun 23-də keçiriləcək.

Mövzunu davam etdirəcəyik…

Yusif Əli
XəzərNews.az


Xəbər 1674 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +