“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


21.06.2022  17:00 

Ukraynalı deputatlar Azərbaycana təşəkkür etdi





A+  A-

Ukrayna Ali Radasında Azərbaycan - Ukrayna Parlamentlərarası Dostluq Qrupunun iclası keçirilib.

XəzərNews.az xəbər verir ki, Ukrayna Azərbaycanlıları Birləşmiş Diasporunun sədri Hikmət Cavadovun da iştirak etdiyi iclasda gələcək fəaliyyətin istiqamətləri, xüsusilə də Rusiyanın hərbi təcavüzü zamanı dağıdılan evlərin bərpası və məcburi köçkünlərə dəstək kimi məsələlər müzakirə olunub. 

Deputat qrupunun həmsədri Volodımır Kreydenko Ukraynaya göstərilən humanitar yardıma görə Azərbaycan Prezidenti İlham Əliyeva təşəkkür edib.

Millət vəkili Oleksandr Qorobets düşmənlə döyüşən ukraynalı hərbçilər arasında azərbaycanlıların da olduğunu, bəzilərinin isə "Ukrayna Qəhrəmanı" fəxri adına layiq görüldüklərini diqqətə çatdırıb.



Qrupun digər həmsədri Valeriy Kolyux Ukraynanın ərazi bütövlüyünü daima dəstəklədiyinə görə Azərbaycan xalqına minnətdarlığını ifadə edib.

UABD rəhbəri Hikmət Cavadov Ukraynaya humanitar yardımların təşkilində ölkənin Azərbaycandakı səfiri Vladislav Kanevskinin fəaliyyətini xüsusi qeyd edub. UABD sədri bildirib ki, Ukraynada yaşayan azərbaycanlılar da ölkənin, xalqın müdafiəsində durmağı müqəddəs vəzifə bilirlər. O, həmçinin Ukrayna ordusuna, habelə ölkənin müxtəlif bölgələrində müharibədən zərər çəkən əhaliyə Azərbaycan diasporu tərəfindən göstərilən yardımlardan söhbət açıb. 

Parlamentlərarası qrupun katibi İvan Slobodyanik Ukraynaya humanitar yardım göstərilməsində Azərbaycanın rolundan danışıb, Azərbaycan diasporuna orduya və məcburi köçkünlərə göstərdikləri yardımlara görə təşəkkür edib.
 
Görüşün sonunda diaspor fəallarının Azərbaycanla dostluq qrupunun üzvü olan millət vəkillərinin seçildikləri dairələrin əhalisinə yardım göstərmələrinə dair məsələlər müzakirə olunub. 



Xatırladaq ki, 44 günlük Vətən müharibəsi zamanı da Ukrayna parlamentində Azərbaycanla Dostluq Qrupunun üzvləri Azərbaycanın ərazi bütövlüyünün bərpası istiqamətində hərtərəfli dəstək göstərmiş, azad olunmuş torpaqlara səfər edərək yerlə yeksan olunmuş Ağdam şəhərində, habelə raket hücumlarına məruz qalmış Gəncədə olmuşdular.

Həmin səfərlər Ukraynadakı Azərbaycan diasporunun təşkilatçılığı ilə baş tutmuşdu.

Xəbər 1482 dəfə oxunub.




15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub


BÜTÜN XƏBƏRLƏR +