“Sədərək” Ticarət Mərkəzinin sahibinin oğlu dövlət qurumunu məhkəməyə verdi - Torpaq qalmaqalı
Azərbaycanda məmurdan inanılmaz fırıldaq - 162 min manatlıq “ölü canlar“ əməliyyatı
Şöbə müdiri direktoru məhkəməyə verdi - İşdə nazir müavini də var
Məşhur türk bloger “Kontakt home“dan şikayətçidir -Video+YENİLƏNİB
XİN-in arasında görüş keçirilib
Gömrük əməkdaşlarının maaşları niyə verilmir?
Tbilisidə polislər aksiya iştirakçılarına su şırnaqlarından istifadə ediblər
Azərbaycan komandası karate üzrə Qran-Pri turnirinin qalibi oldu -Foto
Tramp Ermənistandakı istefalarla İrana qarşı mövqeyini ortaya qoydu - Politoloq
Prezident Kiriakos Mitsotakis ilə görüşüb -Fotolar


07.12.2018  09:15 

Azərbaycanda qəbirlərlə bağlı standart təsdiqləndi





A+  A-

Baş nazir Novruz Məmmədov “Qəbiristanlıqların salınması və idarə olunması Qaydaları”nı təsdiq edib.
XəzərNews.az xəbər verir ki, qaydalar qəbiristanlıqların salınmasına, idarə olunmasına, qorunmasına, köçürülməsinə və bağlı elan edilməsinə, həmçinin dəfnlərin vahid dövlət reyestrinin aparılmasına, meyitlərin ekshumasiyasına və cənazələrin daşınmasına dair tələbləri müəyyən edir.

Qaydaların tələbləri (5.5-ci və 5.6-cı bəndlərində nəzərdə tutulmuş hallar istisna olmaqla) Azərbaycan Respublikasının Fəxri xiyabanlarında, Şəhidlər xiyabanlarında və kütləvi (qardaşlıq) məzarlıqlarında aparılan dəfnlərə, habelə Vətən uğrunda şəhid olan hərbçilərin dəfn mərasimlərinə şamil edilmir.

Və bu Qaydaların 4.6.4-cü yarımbəndi, 5-10-cu hissələri (10.1-ci bənd istisna olmaqla), 19.1-ci və 22.2-ci bəndləri bu Qaydalar qüvvəyə minənədək mövcud olan qəbiristanlıqlara şamil edilmir.

Qaydalara görə, qəbiristanlıqların salınması, istismarı, abadlaşdırılması və genişləndirilməsi Şəhərsalma və Tikinti Məcəlləsinin, bu Qaydaların və şəhərsalma və tikinti sahəsində digər normativ hüquqi aktların tələblərinə uyğun tənzimlənir.

Bu Qaydaların 5.3-cü və 5.4-cü bəndlərində müəyyən edilən hallarda yeni qəbiristanlığın salınması barədə qərar bələdiyyə tərəfindən qəbul edilir.

Yeni qəbiristanlığın salınması barədə qərar aşağıdakı hallarda qəbul edilir:

- qəbiristanlıq köçürüldükdə;
- qəbiristanlıq bağlı elan edildikdə;
- yeni yaşayış məntəqəsi salındıqda.

Qəbiristanlıqda qəbir yerlərinin 85 faizi tutulduqda, bələdiyyə yeni qəbiristanlığın salınması üçün bu Qaydalarla müəyyən edilmiş tədbirləri həyata keçirir.

Qəbiristanlığın salınması üçün bələdiyyənin müraciəti əsasında bu Qaydalarla müəyyən edilmiş tələblərə uyğun olan torpaq sahəsinin müəyyən edilməsi məqsədi ilə bələdiyyə tərəfindən Komissiyanın yaradılması barədə qərar qəbul edilir və bu qərar ictimaiyyətə çatdırılır, həmçinin bələdiyyənin inzibati binasının qarşısında hamı üçün açıq olan yerdə elan lövhəsində yerləşdirilir.

Qəbiristanlığın ərazi planlaşdırılmasının sifarişçisi qismində bələdiyyə çıxış edir.

Qəbiristanlığın ərazi planlaşdırılması (müfəssəl planı) sənədi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq Komissiya ilə razılaşdırılmaqla hazırlanır və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin rəyi nəzərə alınmaqla bələdiyyə tərəfindən təsdiq edilir.

Qəbiristanlığın tikinti ərazisinin baş planında aşağıdakılar göstərilməlidir:

- qəbiristanlığın ərazisində yaradılmış zonalar (giriş zonası, qəbir yerləri, yaşıllıq zonası, inzibati bina və mərasim xidmətlərinin göstərilməsi üçün inzibati binaların yerləşdiyi zona və s.) və onların sərhədləri;

- qəbiristanlıqdakı qəbir yerlərinin ümumi sayı, qəbir yerlərinin bu Qaydalarla müəyyən edilmiş ölçüləri, həmçinin yaşayış məntəqəsinin əhalisinin dini mənsubiyyəti və milli adət və ənənələri nəzərə alınmaqla, qəbiristanlığın ərazisində yaradılmış seksiyalar və onların sərhədləri;

- hər bir qəbir yerinin qəbiristanlıqda yerləşdiyi yer və nömrəsi.

- Qəbiristanlığın ümumi ərazisinin 80 faizi qəbir yerləri, ən azı 15 faizi yaşıllıq sahəsinin salınması, qalan hissəsi isə dəfn və yas mərasimlərinin keçirilməsi, habelə qəbiristanlığın qorunması və saxlanılması işlərinin təşkili məqsədi ilə bina və digər obyektlərin tikintisi, qəbiristanlıq yollarının və rezervasiya nəqliyyat vasitələri üçün meydançanın salınması məqsədi ilə nəzərdə tutulur.

- Qəbiristanlığın ərazisində Şəhidlər xiyabanlarının, kütləvi (qardaşlıq) məzarlıqlarının planlaşdırılmasına yol verilir.

- Qəbiristanlığın tikinti layihəsinin hazırlanması, razılaşdırılması və təsdiqlənməsi, həmçinin tikinti layihəsi əsasında tikinti işlərinin aparılması və qəbiristanlığın istismarına icazə verilməsi Şəhərsalma və Tikinti Məcəlləsinin tələblərinə uyğun olaraq həyata keçirilir.

Qəbiristanlıqlar üçün ayrılan torpaq sahəsinin ölçüləri hər 1000 (min) nəfərə (sakinə) 0,24 hektar hesabı ilə müəyyən edilir.

Bağlı elan olunmuş qəbiristanlıqda son dəfn tarixindən 25 il keçdikdən sonra, onunla yaşayış məntəqəsi arasındakı məsafə Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin rəyi əsasında 100 metrədək azaldıla bilər.

- Layihələndirilən və mövcud qəbiristanlıqların sanitariya mühafizə zonasında yaşayış və ictimai binaların, kənd təsərrüfatı təyinatlı və qida məhsullarının istehsalı müəssisələrinin, məişət (təsərrüfat) içməli su təchizatı qurğularının tikintisinə yol verilmir.

Qəbiristanlığın salınması üçün ayrılan torpaq sahələri aşağıdakı tələblərə cavab verməlidir:

- sürüşməyə və çökməyə meyilli olmamalıdır;

- məişət (təsərrüfat) içməli su üçün istifadə edilən açıq və yeraltı su hövzələrindən və yaşayış məntəqələrindən əks (aşağı) istiqamətdə mailliyə malik olmalıdır;

- daşqın və digər təbii fəlakət hadisəsi zamanı su altında qalma riski nəzərə alınmalıdır;

- qrunt sularının yuxarı hissələrinin axma səviyyəsi torpağın səthindən ən azı 2 metr dərinlikdə olmalıdır;

- ərazidəki torpaq sahəsi hava keçiriciliyinə və tez quruma qabiliyyətinə, quru məsaməliliyə (qumlu, qumluca, az gilli və s.) malik olmalıdır;

- torf və ağır gilli torpaq sahələri olmamalıdır.

Aşağıdakı ərazilərdə qəbiristanlıq salına bilməz:

- məişət (təsərrüfat) içməli su mənbələrinin mühafizə zonalarında, müalicə sağlamlaşdırma yerlərinin və kurortların sanitariya mühafizə zonalarının birinci və ikinci qurşaqlarında, əhali tərəfindən məişət (təsərrüfat), çimərlik və digər mədəni sağlamlıq məqsədləri üçün istifadə olunan dəniz, göl, çay və digər açıq su hövzələrinin sanitariya mühafizə zonalarında;

- karstlaşmış (suyun təsiri altında torpağı asanlıqla həll olunan süxurlardan ibarət olan sahələrdə relyefin spesifik formaları) və güclü çatlar yaranmış süxurların səthində, həmçinin bataqlıq yerlərində, həddən artıq rütubətli, su saxlayan səthlərin mövcud olduğu ərazilərdə;

- xüsusi mühafizə olunan təbiət ərazilərində, meşə fondu torpaqlarında, yerin təkində faydalı qazıntılar olan və kənd təsərrüfatına yararlı torpaqlarda;

- neft və qaz kəmərlərinin və yüksəkgərginlikli elektrik xətlərinin mühafizə zonalarında;

- dəmir yollarının təhkim zolaqlarında, dövlət və bələdiyyə avtomobil yollarının torpaqlarında.

Qəbiristanlığın müdiriyyəti bələdiyyə tərəfindən vəzifəyə təyin və vəzifədən azad olunur.

Qəbiristanlıqların qorunması, saxlanılması, abadlaşdırılması və idarə olunması xərcləri yerli büdcələrin vəsaiti, fiziki və hüquqi şəxslərin könüllü ianələri, dəfn və dəfnlə bağlı digər xidmətlərin göstərilməsindən əldə olunan gəlirlər hesabına maliyyələşdirilir.

Qaydalarda qəbir yerlərinin rezervasiyası da öz əksini tapıb. Qonşu qəbir yerinin əvvəlcədən rezervasiyasına yalnız dəfn edilmiş şəxsin ərinin (arvadının) yazılı müraciəti əsasında yol verilir.

Bu Qaydalarda nəzərdə tutulmuş tələblərə əməl edilmədən özbaşına dəfnlərə yol verilmir.

Dəfn üçün hər bir qəbir üzrə 5 kvadratmetr sahə ayrılır. Qəbirlərarası orta məsafə uzun tərəflər üzrə 1 metr, qısa tərəflər üzrə 0,5 metr nəzərdə tutulmalıdır.

Ölmüş şəxsin ölçüləri nəzərə alınmaqla, qəbir yerinin ölçüsünün mütənasib qaydada dəyişdirilməsinə yol verilir.

Qaydalarda qəbirüstü tikililərə dair tələblər öz əksini tapıb. Belə ki, dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılarkən, ölmüş şəxsin dini mənsubiyyəti nəzərə alınır, soyadı, adı, atasının adı, doğum və ölüm tarixləri qəbirüstü tikililərdə qeyd olunur. Başdaşı qoyulduğu halda, hündürlüyü 1,0 metrdən və eni 0,6 metrdən artıq olmamaqla, eni 0,6 metr və hündürlüyü 0,25 metr olan altlıq üstündə quraşdırılmalıdır. Sinədaşı qoyulduqda hündürlüyü torpaqdan 0,2 metrə, uzunluğu 1,2 metrə və eni 0,6 metrə qədər olmalıdır. Qəbirüstü tikililərin quraşdırılmasında cərgə ilə sıralanmaya əməl olunmalı və qəbrin ətrafı hasara alınmamalıdır.

Dəfn edilmiş şəxsin qohumları, qanuni nümayəndələri və ya dəfnlə bağlı xərcləri çəkmiş digər şəxslər tərəfindən qəbirüstü tikililər quraşdırılmadıqda, qəbiristanlığın müdiriyyəti tərəfindən bu Qaydaların 13.2.8-ci yarımbəndinə əsasən quraşdırılmış ölmüş şəxsin soyadını, adını, atasının adını, doğum və ölüm tarixlərini bildirən lövhə saxlanılır.

Xəbər 1549 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

15.12.2024  22:56 

Qubada ağır yol qəzası olub

14.12.2024  17:07 

Bakı metrosunda ölüm hadisəsi


BÜTÜN XƏBƏRLƏR +