Mehdiyevin səhhətində ciddi problem yaranıb?
Tramp Ukrayna üzrə xüsusi nümayəndə təyin edib
Lukaşenko 31 Ukrayna vətəndaşını əfv edib
Vahid Əziz “Şərəf“ ordeni ilə təltif edilib
Mahir Cavadov psixiatriya xəstəxanada müalicə olunur
İcra Hakimiyyətinin 6280 manat borcu var
Sakinlər “LOFT“ restoranını ittiham edirlər
Tanınmış jurnalist yanğının təfərrüatlarını açıqladı
Qəzəlxan Hacı Arif Buzovnalı vəfat edib
Forum təcrübə mübadiləsinə stimul verilə bilər - Niyaz Niftiyev


19.11.2025  12:29 

Eyni kabinetdə 13 il: Bəs deyil?





A+  A-

Adil Vəliyev 2012-ci ildən bəri Sabunçu Rayon İcra Hakimiyyətinə rəhbərlik edir. Onun 13 ildən çox davam edən idarəçiliyi mediada ən çox müzakirə olunan və ən çox şikayət ünvanlanan dövrlərdən biri kimi qiymətləndirilir. Rəsmi tərcümeyi-hal sadə və lakonik olsa da, ictimai məlumat mənbələrində formalaşan tablo kəskin şəkildə fərqlidir: uzunmüddətli rəhbərlik, qapanmış idarəetmə sistemi, vətəndaşla məsafəli münasibət və normadan kənar təsir rıçaqları.

Sabunçu rayonu haqqında illərdir müxtəlif media səsləndirdiyi sualların cavabı yoxdur.

Biznes və məmur statusu arasında bulanıq xətt

Mətbuat illərlə yazır ki, Adil Vəliyevin icra başçısı postuna qədər və sonra bizneslə əlaqəsi heç vaxt gündəmdən düşməyib. “Euro Style” LTD şirkətinin təsisçisi olması, icra başçısı təyin olunandan sonra şirkətin oğlu Ənvər Vəliyevin adına keçirilməsi sadəcə formal dəyişiklik kimi təqdim edilir.

Media yazır ki, qərarların yenə də A.Vəliyev tərəfindən verildiyi, oğlunun isə “rəsmi lövhədə dayanan şəxs” rolunu oynadığı iddia edilir. Bu, məmur-biznes sərhədinin pozulması ilə bağlı ciddiyə alınmalı siqnaldır.

Məmur kabinetinin biznes qərarları ilə bu qədər yaxın olması demokratik idarəetmə prinsipləri üçün dayanıqlı deyil. Sabunçu rayonunda sahibkarlar arasında yayılan “icazə ancaq bir nəfərin ağzından çıxır” təsəvvürü də təsadüfi deyil.

Tikinti sektorunda hökmranlıq iddiaları

Sabunçu rayonu son on ildə tikinti bumunu yaşayır. Bu inkişaf kimi görünə bilər, amma mediada səslənən iddialar başqa mənzərə göstərir. Məsələn, sənədləşməsi şübhəli obyektlər, icazə mexanizmlərinin qeyri-şəffaflığı, iri tikililərin “xüsusi razılıq” olmadan mümkün olmaması, qaydaların selektiv tətbiqi və s.

Bir çox mənbə yazır ki, rayonda aparılan tikililərin böyük hissəsinin sənədləri qaydasında deyil. Üstəlik, 2023-cü ildə yayılan məlumatda A.Vəliyevin məhkəmədə “qanunsuz tikiliyə icazə verdiyini etiraf etməsi” kimi sensasiyalı iddia yer alır.



Əgər bunlar həqiqətə uyğundursa, bu artıq tək idarəetmə qüsuru deyil, rayonda sistemli qayda pozuntusunun dövlət səviyyəsində legitimləşdirilməsi anlamına gələ bilər.

Şəhid ailələri və qazilərlə bağlı ağır ittihamlar

Sabunçu rayonunda ən incə və ən həssas mövzu məhz şəhid ailələri və qazilərlə davranışdır.

Media yazır ki, müraciətlər aylarla cavabsız qalır, vətəndaşlar qəbul zamanı “süründürməçilik”lə üzləşirlər, hörmətsizlik və qeyri-ciddilik barədə iddialar geniş yayılıb.

Bir icra başçısının ən böyük reputasiya riski məhz bu sahədə yaranır. Şəhid ailələrinin narazılığı varsa və bu narazılıqlar ardıcıl şəkildə mətbuata çıxırsa, bu artıq idarəetmənin prinsipial istiqamətlərində ciddi boşluqların göstəricisidir.



İctimai rəy göstərir ki, Sabunçu rayonunda idarəetmə uzun müddətdir ki, bir nəfərin ətrafında formalaşıb və bu vəziyyət artıq struktur problemlərə yol açıb.

Uzunmüddətli, dəyişməyən rəhbərliyə xas olan mənfi nəticələr Sabunçuda açıq şəkildə görünür: qərar qəbulu bir nəfərin iradəsinə bağlılaşır, yeni kadrların ortaya çıxması çətinləşir, aparat daxilində şəxsi münasibətlər peşəkarlığın yerini tutur, çeviklik və yenilik imkanları tükənir, tənqidlərə qarşı allergiya formalaşır.

Bu və ya digər səbəblərdən Sabunçu illərlə ölkənin “ən çox şikayət daxil olan rayonlarından biri” kimi göstərilir.

Adil Vəliyevin yaxın çevrəsi və nüfuz şəbəkəsi

Media tez-tez A.Vəliyevin şəxsi ətrafını da gündəmə gətirir. Xüsusilə oğlu Ənvər Vəliyevlə bağlı xəbərlər geniş yayılıb. Onun bahalı həyat tərzi, müxtəlif insidentlərdə adının hallanması ictimaiyyətin sual işarələrini daha da artırır.

Ailənin "Euro Style LTD” MMC, "Əfəndilər” Mənzil Tikinti Koperativi, "European Cars” MMC, "Yeni Sabunçu” Mənzil Tikinti Koperativi, "Əfəndilər” MMC-yə sahib olduqları bildirilir.



Əlbəttə, bunlar yalnız ailə məsələsi deyil, məmur ailəsinin davranışı birbaşa ictimai imicin önəmli hissəsidir. Məmur övladının davranışı belə müzakirə olunacaq qədər diqqət mərkəzindədirsə, bu, idarəetmədə nüfuz və təsir strukturlarının qeyri-formal xarakter daşıdığına dair təsəvvür yaradır.

Adil Vəliyevin fəaliyyəti ilə bağlı yayılan iddialar nə qədər təsdiqlənməyibsə də, ortada faktdır ki, Sabunçu rayonunda idarəetmə ilə bağlı ictimai rəy ciddi şəkildə mənfidir. Tənqidlərin uzun illər boyu kəsilməməsi, müxtəlif sahələri əhatə etməsi və daim yeni nümunələr ortaya çıxması göstərir ki, Sabunçu rayonunun idarəçiliyi sistemli şəkildə suallar doğurur.

Bu mənzərə bir şeyi açıq göstərir: yerli idarəetmə nə qədər uzun müddət dəyişməz qalırsa, bir o qədər qapanır, bir o qədər güvənsizlik yaradır və bir o qədər də şəffaflıqdan uzaqlaşır.

N.Oruclu

Xəbər 1478 dəfə oxunub.




22.11.2025  12:57 

Sabahın havası açıqlandı

22.11.2025  12:39 

Prezident açılışda iştirak edib

21.11.2025  18:23 

Əməkdar artist səhnədən getdi?

21.11.2025  18:21 

Politoloq Partiyadan qovuldu

21.11.2025  16:01 

Ağır yol qəzası: Ölənlər var


BÜTÜN XƏBƏRLƏR +