Türkiyədə yanğın baş verən hotel SÖKÜLƏCƏK
Sürücülərin diqqətinə!
Saqqalı kişilərlə niyə öpüşmək olmaz?
Şahin Bağırovun 55 min manatdan çox vergi borcu VAR?
Rövşən Əsgərov Rusiyada terrorçular siyahısına SALINDI
“Paşa“ ləqəbli keçmiş döyüşçünü ALDADIBLAR?
İranda səfirliyimizə hücum edən şəxs edam ediləcək
Bayden-Blinken dövründə ABŞ Azərbaycana qarşı qərəzli olub
Sabiq baş həkim cinayət məsuliyyətinə cəlb edildi: 142 min...
Bakıda alıcı “Karaca Azərbaycan“da girov saxlanılıb?


10.10.2023  19:40 

1,5 milyonluq dələduzluq... - İttiham olunan şəxs ifadə verdi





A+  A-

Külli miqdarda dələduzluq etməkdə ittiham olunan “Zamin Əmlak Agentliyi”nin direktoru Oqtay Zərbəliyev və həmin agentliyin satış menecerləri - Orxan Əliyev və Natiq Şahmuradovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilib.

Xəzərnews.az xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Səbinə Məmmədzadənin sədrliyi keçirilən iclasda təqsirləndirilən Natiq Şahmuradov ifadə verib.

Təqsirləndirilən şəxs ifadəsi zamanı bütün pulların Oqtay Zərbalıyev tərəfindən mənimsənildiyini deyib: “Mən satış meneceri idim. Yəni müştərilərlə danışırdım, pulu alırdım sənədləşdirirdim. Pulu müştəri ilə danışıb Oqtay Zərbalıyevlə razılaşdırırdım. Sonradan problemlər oldu. Dedilər ki, Xətai rayon prokurorluğunda cinayət işi başlanılıb. Şikayətçilər də gəlirdi ofisə pullarını istəyirdilər. Oqtay Zərbalıyevlə danışanda dedi hər şey həll olunacaq”.

O, müştərilərdən pulu aldığını, daha sonra Oqtay Zərbalıyevə verdiyini deyib: “Həyət evi tikirdik, MTK-larla danışıb ev alırdıq. İpoteka düzəldirdik. Satılan evi alıb öz müştərilərimizə satırdıq. İllik 7% olmaq şərti ilə müştəridən pul alırdıq. Daha sonra müştəri ilə öhdəlik müqaviləsi bağlayırdıq. Öhdəliyə mən imza atırdım. İlkin ödəniş məbləğini Oqtay Zərbaliyev müəyyən edirdi. Mən də müştəridən nağd pul alıb Oqtay verirdim. Ordan da mənə 2-3% faiz verirdi”.

Daha sonra təqsirləndirilən şəxs ibtidai istintaqa verdiyi ifadəni təsdiqləməyib.

N. Şahmuradov ev dustaqlığına buraxılandan sonra Oqtay Zərbalıyevlə görüşdüyünü bildirib: “Mənə dedi ki, üstünə götür ki, pulu mən yemişəm. Oqtay dedi ki, satılası mülklərim var tutulsam sata bilməyəcəm. Mən də dedim əsas camaatın pulun qaytaraq. Sonra öyrəndim ki, qaytarmayıb”.

Təqsirləndirilən şəxsə sual verən zərərçəkmişlər kirayə tutulan evə aparılıb satmaq adı ilə aldadıldıqlarını bildiriblər.

Məhkəmə prosesi noyabrın 2-də davam etdiriləcək.

Qeyd edək ki, təqsirləndirilən şəxslər qabaqcadan əlbir olub cinayət əlaqəsinə girərək bir qrup şəxs halında agentliyə müraciət edən şəxslərə qarşı dələduzluq ediblər.

Qrup üzvləri zərərçəkənlərə güzəştli şərtlərlə ipoteka vasitəsilə mənzil almaqda kömək edəcəkləri barədə yalan vədlər veriblər. Oqtay Zərbalıyev və qrupun digər üzvləri bu müddət ərzində zərərçəkən şəxslərin ümumilikdə 1 490 200 (bir milyon dörd yüz doxsan min iki yüz) manat məbləğində pulunu dələduzluq yolu ilə ələ keçiriblər./APA

Xəbər 2522 dəfə oxunub.



23.01.2025  08:27 

Sürücülərin diqqətinə!

22.01.2025  14:49 

Daha üç məhkum həbsdə ölüb

22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?


BÜTÜN XƏBƏRLƏR +