Quş kəsimi məntəqəsində nöqsanlar... - FOTOLAR
Zaporojyeyə 4 raket zərbəsi... 1 ölü, 16 yaralı var
Pensiyalar 14.3 faiz, yoxsa 8 faiz artırlır?
İdarə rəisi vəzifəsindən AZAD EDİLDİ
Azərbaycanlılar Sverdlovsk vilayətindən deport olundu
Azərbaycanlılar Tverdə niyə SAXLANILDI?
“Sponsor deyir ki, çəkilişdə müdiriyyət də düşsün“ -Aktyor
Şəhərin mərkəzində ölüm yarışı - VİDEO
Türkiyədə yanğın baş verən hotel SÖKÜLƏCƏK
Sürücülərin diqqətinə!


16.01.2025  15:46 

Cənubi Qafqazda xaos ssenariləri planlaşdırılır...





A+  A-

İkinci Qarabağ Müharibəsindən sonra Qərb və Rusiyanın Cənubi Qafqaz uğrunda savaşı kuliminasiya nöqtəsinə çatır. Azərbaycan 2021-ci il iyun ayının 15-də Türkiyə ilə, 2022-ci il fevralın 22-də isə Rusiya ilə strateji müttəfiqlik bəyannaməsi imzaladı.

Yaxın günlərdə İran-Rusiya arasında da strateji sənədin imzalanması gözlənilir. Bütün bunlar Cənubi Qafqazın taleyinin region ölkələrinin iştirakı ilə müəyyənləşdirilməsinin və regionda sabitliyin əldə olunmasının müsbət göstəriciləri hesab oluna bilər. Kənar müdaxilələr olmadan Ermənistan-Azərbaycan arasında sülh müqaviləsinin imzalanması isə regionda sabitliyin əsas qarantı ola bilərdi.

Lakin Ermənistan region ölkələri ilə hesablaşmadı. Öncə Avropa Birliyinin “mülki missiyası”nı sərhəddə yerləşdirdi. Quruma üzvlüklə bağlı prosedurlara başladı, ardınca Vaşinqtonla strateji müqavilə imzalayaraq ABŞ hərbçilərini sərhəddə gətirir. Rusiya sərhədçiləri Ermənistan və İran sərhədindəki mövqelərini tərk edib. Bununla yanaşı, Ermənistanda Rusiyanın hərbi bazası mövcuddur. ABŞ hərbçilərinin regiona gətirilməsi ilə İrəvanın Moskva və Tehranla münasibətlərinin aqressiv müstəviyə keçəcəyi şübhə doğurmur. İrəvan hər iki ölkənin “qırmızı xətti”ni tapdaladı – Rusiya-Ermənistan arasında 1995-ci ildə imzalanan müqavilənin şərtlərini pozdu; rus bazası ilə razılaşdırmadan regiona başqa ölkənin hərbçilərini gətirir, eləcə də ABŞ-ı İrana bir az da yaxınlaşdırdı. İran mühasirəyə alınır. Rusiyanın aqressiv addımlar atacağı şübhə yaratmır, amma İrəvanın bu addımı İranda susqunluq yaratmaqla yanaşı, rəsmi Tehranın əl-qolunu da bağlayıb. Ermənistan hesab edir ki, Rusiya onu Azərbaycan vasitəsilə cəzalandıra bilər, çünki Rusiyanın Ermənistanla sərhəddi yoxdur. ABŞ hərbçlərini sərhəddə gətirməklə bu “təhlükə”yə qarşı ABŞ hərbçilərini düzür. Yəni, ABŞ-la heç kəs döyüşməyəcək. Bu amil ictimaiyyətdə tez-tez müzakirə olunan Ermənstan-Azərbaycan arasında növbəti müharibə ehtimalını da sıfırlamış olur.

Qərbin Gürcüstanda yaratdığı xaos göz önündədir, ölkə hələ də davamlı sabitlik əldə edə bilmir. İndi proses Ermənistanda başlayır, Azərbaycanın sərhədlərində! Təhlükə bir az da yaxınlaşdı. Görünən budur ki, Cənubi Qafqazda çox pis ssenarilər planlaşdırılır. Hazırlıqlı olmalıyıq.

Samir Feyruzov

Xəbər 1252 dəfə oxunub.




Bölməyə aid digər xəbərlər

23.01.2025  08:52 

“Qarabağ” FCSB-yə qarşı

23.01.2025  08:27 

Sürücülərin diqqətinə!

22.01.2025  14:49 

Daha üç məhkum həbsdə ölüb

22.01.2025  12:40 

Novruz bayramında əfv olacaq?


BÜTÜN XƏBƏRLƏR +