Azərbaycanda ərzaq BAHALAŞACAQ – Qiymət artımının yaratdığı DOMİNO EFFEKTİ
Prezidentdən pensiyalarla bağlı qərara MÜHÜM DƏYİŞİKLİK
FTX Azərbaycan diasporunun ofisində əməliyyat aparıb - Saxlanılanlar var
Prezident Natiq Qasımovla bağlı paylaşım etdi -Foto
İlham Əliyev Rusiya prezidentinə və Dağıstanın rəhbərinə başsağlığı verib
Xalqı taladı, indi də Qarabağı talamaq istəyir...
Prezident : ATƏT-in Minsk qrupunun fəaliyyətinə rəsmən xitam verilməsinin vaxtı çoxdan yetişib
Diaspora üçün Azərbaycanı təbliğ edən tribunalar niyə qapadılıb?
“Daşnaksütyun” partiyasının 13 üzvü saxlanılıb
Prezident Azərbaycan xalqını təbrik edib


06.03.2017  12:59 

Bakıdakı yeni binalarda mənzillər neçəyə satılır? - QİYMƏTLƏR





A+  A-

"Əmlak Bazarı İştirakçıları" İctimai Birliyinin monitorinq qrupunun apardığı araşdırmalara əsasən, paytaxt ərazisində 2017-ci ilin yanvar ayında təkrar bazarda yeni tikili mənzillərin qiymətində artım müşahidə olunub. Belə ki, 2016-cı ilin dekabr ayına nisbətən mənzillərin qiyməti 0,50% qalxıb.
Qurumdan XəzərNews.az-a bildirilib ki, təkrar bazarda yeni tikili mənzillərin qiymət deyişməsi aşağıdakı kimi olub:

Qiymətlərin təhlili. 2016-cı ilin yanvar ayından carı ilin yanvar ayına kimi yeni tikili mənzillərin qiyməti qeyri-sabit tendensiya göstərir. Qiymətin qeyri-sabit olması təklif portfelindən asılıdır və qiymətin artımı (enməsi) onunla əlaqədədir. Belə ki, 2016-cı ilin dekabr ayında təklif portfelində 1500 AZN/kv.m. yuxarı olan mənzillərin payı (əsasən Nərimanov, Nəsimi və Səbail rayonlarında yerləşən mənzillər) 23,35% təşkil etmişdisə, yanvar ayında isə 23,86%. Beləliklə bahalı mənzillərin payı təklif portfelində 0,51% artıb. Buda ki, 2017-ci ilin yanvar ayında yeni tikili mənzillərin qiymətinin qalxmasının əsas səbəbidir. Beləliklə, carı ilin yanvar ayına Bakı şəhəri üzrə yeni tikilililərin orta bazar qiyməti 1438 manat/kv.m. təşkil etmişdi.

Təklif portfeli. Keçən ilin dekabr ayından 2017-ci ilin yanvar ayına kimi ümumi təklif portfelində 12% artım qeydə alınıb. Beləliklə, ən çox yeni tikililər Xətai (27,0%) və Yasamal rayonlarında (25,8%) təklif olunub. 2016-cı ilin dekabr ayına nisbətən Yasamal rayonunda 0,9% azalma müşahidə olunur. “Çıxarışsız” olan mənzillər əsasən Yasamal rayonunda yerləşir (31%), “Çıxarışlı” mənzillər isə - Xətai rayonunda (23%).

Satışa təklif olunan mənzillərin əsas payını təmirli mənzillər tutur – 72%, təmirsiz mənzillərin payı isə 28% təşkil edir. Təklif portfelində “Kreditlə” təklif olan mənzillərdə müşahidə olunur, lakin ümumi portfeldə payı cüzi miqdardadır – 1,2%.

Bakı şəhəri rayonları üzrə yeni tikililərin orta bazar qiyməti:

Xəbər 2709 dəfə oxunub.

'



Bölməyə aid digər xəbərlər

01.07.2024  16:20 

Damla İranda konsert verib -Video

01.07.2024  08:31 

Bu yollarda tıxac var -Siyahı

29.06.2024  13:23 

“Ölü leyləklər”- (hekayə)

29.06.2024  13:04 

Sabahın havası AÇIQLANDI

29.06.2024  10:40 

Xatun gözəllikdən yazdı

28.06.2024  18:16 

Nəsrin Cavadzadə Bakıda -Fotolar


BÜTÜN XƏBƏRLƏR +