Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?
Bu ərazilərdə evlər ucuzlaşacaq
“Qlobal” Media Qrupun saytlarına yenə hücum EDİLDİ
Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU


14.10.2020  17:09 

““Elbrus” raketi Qarabağa gətirilsəydi, hədəfi vurma məsafəsi Bakıya çatardı”





A+  A-

"Əgər dünən Ermənistanın Azərbaycanın şəhərlərinə tuşlanan raket sistemləri neytrallaşdırılmasaydı, atılan raket Bakıya və ətrafına düşüb zərər yetirə bilərdi".
XəzərNews.az-ın məlumatına görə, bunu bu gün xarici ölkələrin səfirləri, Azərbaycanda akkreditə olunmuş xarici hərbi attaşelərin və beynəlxalq təşkilatların ölkəmizdəki nümayəndələri üçün keçirilən brifinqdə Hərbi Hava Qüvvələrinin Qərargah rəisi, general-mayor İkram Əliyev deyib.

O bildirib ki, kəşfiyyat məlumatına görə, mülki yaşayış məntəqələrimizə atılan "Toçka U" raketi Xankəndidən atılıb: "Mülki əhaliyə atılan bir neçə raket havada məhv edilib. Azərbaycan həmin raket sistemlərinin atəşə başlamadan öncə tapılaraq zərərsizləşdirilməsi üçün kəşfiyyat-əməliyyat işlərinə başlayıb. Oktyabrın 12-si Qubadlı rayonu ərazisində 1 ədəd "Toçka U" ballistik raket sistemi məhv edilib. Dünən gecə saat 01 radələrində 2 ədəd, səhər saat 08 radələrində 1 ədəd "Elbrus" raket sistemi Ordumuz tərəfindən tapılaraq məhv edilib. 300 kilometr atış məsafəsinə məxsus "Elbrus" raket sistemi Dağlıq Qarabağ ərazisinə gətirilsəydi, onun hədəfi vurma məsafəsi Bakı şəhərinə çatardı. Ona görə də bilmək olmazdı ki, Ermənistan hansı şəhərə raket atacaq".

Daha sonra İkram Əliyev Ermənistanın Azərbaycanın mülki ərazisinə atdığı raket sistemləri, onların hədəfi vurma məsafəsi və digər texniki göstəriciləri haqda diplomatik korpus nümayəndələrinə məlumat verib.

Xəbər 2424 dəfə oxunub.




22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı


BÜTÜN XƏBƏRLƏR +