Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?
Bu ərazilərdə evlər ucuzlaşacaq
“Qlobal” Media Qrupun saytlarına yenə hücum EDİLDİ
Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU


14.10.2020  14:09 

Düşmən ordumuzun cəbhədəki uğurlarını belə etiraf etdi





A+  A-

Azərbaycanın Ermənistan tərəfindən işğal edilmiş Dağlıq Qarabağ bölgəsində özünü Qondarma Respublikanın “prezidenti” kimi təqdim edən Araik Arutyunyan Azərbaycan Silahlı Qüvvələrinin erməni mövqelərinə güclü zərbələr endirdiyini və cəbhə xəttinin bir neçə istiqamətində içərilərə doğru hərəkət etdiyini etiraf edib.
XəzərNews.az xəbər verir ki, Arutyunyan bu barədə yaydığı videomüraciətdə açıqlama verib.

"Bəzi bölgələrdə düşmən cəbhə xəttinə girə və daha dərinə doğru hərəkət etməyə müvəffəq olub" , - deyə o qeyd edib.

Çarəsiz qaldığını açıq göstərən Arutyunyan xaricdə yaşayan erməni diasporası nümayəndələrini də Qarabağda döyüşlərə qoşulmağa çağırıb: "Eyni zamanda Ermənistandakı qardaşlarımızı çağırıram: Həlledici an gəldi, vətəni qorumaq üçün vaxt gəldi. Dəstəyiniz çox vacibdir, sizin burada fiziki varlığınızı və ölkənin müdafiəsində iştirakınızı gözləyirik".

Qeyd edək ki, Ermənistanda vəziyyət o yerə çatıb ki, işğalçı ölkə döyüşlərə 1-ci Qarabağ müharibəsi iştirakçılarını da məcburi cəlb edir. Bundan əvvəl isə Ermənistanda ordudan son 1 ildə tərxis olunmuş bütün hərbçilərin hərbi komissarlıqlara çağırıldığı məlum olmuşdu. Amma qanuna görə, son 1 ildə tərxis olunmuş çağırışçılar hərbi xidmətə yenidən cəlb oluna bilməz.

Bir neçə gün əvvəl sosial şəbəkədə yayılan videoların birində isə qondarma rejimin başçısının erməni əsgərlərini toplayaraq onları döyüşdən geri çəkilməməyə, dincələrək yenidən müharibəyə qayıtmağa çağırdığı görünürdü.

Xəbər 2814 dəfə oxunub.




22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı


BÜTÜN XƏBƏRLƏR +