Yol polisi sürücülərə müraciət etdi
İşləyən vətəndaşların pensiyaları necə artırılacaq?
Bu ərazilərdə evlər ucuzlaşacaq
“Qlobal” Media Qrupun saytlarına yenə hücum EDİLDİ
Şahin Bağırov yeni rəis təyin etdi
Qırğızıstan və Tacikistan tarixi razılaşma imzaladı
Qaz balonu partladı: Xəsarət alanlar var
“Natiq Əliyev” tankeri yük gəmisi ilə TOQQUŞUB
Həmin qılıncın üzərində nə yazılıb?
Təbrizdə "Bu qala daşlı qala" ifa OLUNDU


13.10.2020  17:03 

“Ermənilər onsuz da terror təşkilatları kimi vuruşurlar”





A+  A-

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsində separatçı rejim “peşəkar ordu” formalaşdırmaq üçün “qanun layihəsini” qəbul edib.
XəzərNews.az xəbər verir ki, bu barədə Ermənistan mətbuatı məlumat yayıb. Yeni "qanun" muzdluların işğal altında olan torpaqlarda Azərbaycana qarşı döyüşməsini nəzərdə tutur. İşğalçı Ermənistan terrorçuların və muzdluların fəaliyyətinə bu yolla “hüquqi” don geyindirməyə çalışır və dolayısı ilə Azərbaycan torpaqları olan Qarabağda terrorçular və muzdluların döyüşdüyünü etiraf edir.

Mövzunu “Qafqazinfo”ya şərh edən politoloq Fikrət Sadıqov hesab edir ki, əslində işğalçı ölkənin guya qəbul etdiyi bu “qanun” kağız parçasıdır:

“Seperatçıları indiyə qədər heç kəs tanımayıb və bundan sonra da tanımaq niyyətində deyil. Onların “qanunları” bizim üçün heç nədir. Ermənilər onsuz da terror təşkilatları kimi vuruşurlar. Biz bunu bilirik. Onlar Ermənistan qoşunlarının tərkibində də var və terror aktları da törədir. Azərbaycana qarşı müxtəlif istiqamətlərdə döyüşürlər. Belə bir gurultulu "qanun"un qəbul edilməsi bilmirəm kimə yönəlib: yetim auditoriyalarına, yoxsa Ermənistan cəmiyyətinə? Düşünürəm ki, bununla onlar özləri özlərini aldadırlar”.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı Dağlıq Qarabağ bölgəsində olan separatçı rejim qanunsuz strukturdur və “peşəkar ordu” yaratmaq adı altında atdığı heç bir addımın hüquqi əsası yoxdur.

Xəbər 1834 dəfə oxunub.



22.02.2025  11:51 

Bakıda evdə qumbara aşkarlandı

22.02.2025  10:01 

Bu ərazilərdə evlər ucuzlaşacaq

21.02.2025  16:54 

Köln kilsəsi boşaldıldı


BÜTÜN XƏBƏRLƏR +