Ceyhun Bayramov Maqdalena Qrononu qəbul edib
Bu gün Super Ay hadisəsi müşahidə olunur
ADDA-da Səudiyyə Ərəbistanı səfiri ilə görüş keçirilib
İş adamı saxlanıldı: Oteli əxlaqsızlıq yuvasına çeviribmiş
Prezident daha bir sərəncam imzalayıb
Gürcüstandakı əməliyyatda azərbaycanlı öldürülüb?
Daha bir sosial ev dələduzluğu
FHN 1 ədəd 3 otaqlı evi 91 min manata tikdirəcək
Heydərov Mehdiyevə villa bağışlayıb? - Özü danışdı
Bakıda restoranda yanğın başlayıb


18.09.2022  11:03 

Ya sizin də övladlarınız şəhid olmalı, ya da...





A+  A-

Nazirlər, Prezident aparatında, nazirlər kabinetində işləyənlər, deputatlar, MM-də işləyənlər, icra başçıları, idarə rəisləri, polis rəisləri, prokururlar, məhkəmə sədrləri, hərbi komissarlar, baş həkimlər, hamınızın tabeliyində işləyənlər, bir sözlə, bütün məmur aparatı...

Ya sizin də övladlarınız digərləri kimi ön cəbhədə vuruşmalı, şəhid olmalıdır, ya da peşəkar ordu yaradılmasını tələb etməli, bu məsələylə bağlı qərar qəbul etməlisiniz.
Üçüncü yol yoxdur.

Ən yaxşısı peşəkar ordu yaratmaqdır. Bu o deməkdir ki, ön cəbhədə ancaq sağlam, yüksək hazırlıqlı say-seçmə oğullar könüllülük əsasında, eyni zamanda yüksək maaş müqabilində vuruşacaqlar. Belə igid oğullar ölkədə kifayət qədərdir. Yetər ki, bunu təşkil edin.

Döyüşçülərə deputatlar qədər maaş verilməlidir. Buna da pulunuz çatar.

Bu ən düzgün və optimal yoldur. Çıxıb səy-səy danışıb, dəfn mərasimlərində poz verib, boğazdan yuxarı şüarlar səsləndirib, bayraq şouları düzəldib xalqı daha da əsəbləşdirməyin.

Mənim dediyim variant həyata keçsə, həm sizin övladlarınız sağ qalacaq, həm də xalqın günahsız balaları, eyni zamanda, yalan danışmalı, saxtakarlıq etməli olmayacaqsız. İtkilər xeyli azalacaq, uğurlar çoxalacaq.

Sadəcə, bir azca çox xərcləməli olacaqsınız. Ancaq bunu da bilmək olmaz. Çünki peşəkar ordu daha az mərmi, silah-sursatla daha yaxşı nəticələr əldə edə bilər. Oradan olunan qənaətlər də onların təminatına sərf olunar.

Bunu nə qədər tez etsəniz, özünüzə də xeyirdir. Yoxsa yaxşı şeylər gözlənilmir. Xahiş edirəm, papaqlarınızı qarşınıza qoyub, yaxşı-yaxşı fikirləşin.

Məni tanıyan və dostluğumda olan deputatlar. Bu dəfə adlarınızı çəkmirəm. Bilirəm, yazdıqlarımı diqqətlə oxuyursunuz. Odur ki, hərəkətə keçin, təklif verin. Bəsdir əhəmiyyətsiz, beçinci dərəcəli məsələlərdən danışıb, gözə kül üfürdünüz. Camaat çörəyi qulağına yemir.

Nahaq qanları durdurmaq lazımdır....

Nadir Qocabəyli

Xəbər 2900 dəfə oxunub.




05.11.2025  18:05 

Daha bir sosial ev dələduzluğu

05.11.2025  13:27 

Prezident sərəncam imzaladı

05.11.2025  11:40 

Xəzər dənizində zəlzələ olub


BÜTÜN XƏBƏRLƏR +