Meyitdən ürək köçürülən gənc evə buraxıldı
Həbs edilən icra başçısı apellyasiya şikayəti verməkdən imtina edib
İstənilən anda yıxıla bilərik...-Sebastyan
Bu şəhərdə qan su yerinə axır
“Suverenlik Yolunda Təhsil Missiyası” bu dəfə Tərtərdə
Bu avtomobillərin aksiz dərəcəsi artırılır
Deputatı ömürlük həbs cəzası gözləyir
Əli Xameneinin şəklini yandırdı, başından güllələndi
Bloger yerli sakinlərin etirazı ilə qarşılandı - Səbəb?
Kürəkənə 10 il iş verildi


12.02.2021  09:32 

Pensiyaçının yaşını 131 deyirdilər, 95 imiş





A+  A-

Azərbaycanın Lənkəran şəhərində yaşayan və şəxsiyyət vəsiqəsində təvəllüdü 1890-cı il göstərilən (131 yaş) Əzizova Tamamın yaş verifikasiyası aparılan zaman bu rəqəmin çox şişirdildiyi məlum olub.
XəzərNews.az xəbər verir ki, bunu Trend-ə AMEA Lənkəran Regional Elm Mərkəzinin direktor müavini, Fiziologiya İnstitutunun Uzunömürlülüyün fiziologiyası laboratoriyasının aparıcı elmi işçisi, biologiya üzrə fəlsəfə doktoru Sevinc Hüseynova deyib.

Onun sözlərinə görə, T.Əzizovanın yaş verifikasiyası (yaşın dəqiqləşdirilməsi-red.) 2014-cü ildə aparılıb:

“2014-cü ildə aparılan yaş verifikasiyası zamanı onun yaşının çox şişirdildiyi məlum olub. Verifikasiyanın nəticəsinə görə, hazırda onun real 95 yaşı olmalıdır. Hətta verdiyi müsahibəni diqqətlə dinlədikdə bunu aşkar etmək olar. Tamam Əzizova Cəlilabadda anadan olub, əslən Yardımlıdan oraya köçən ailədəndir. Lənkərana isə gəlin gəlib”.

Qeyd edək ki, bir müddət əvvəl Dövlət Sosial Müdafiə Fondunun (DSMF) açıqladığı məlumatda Azərbaycanın ən yaşlı pensiyaçısının 1890-cı il təvəllüdlü Əzizova Tamam Əli qızı olduğu qeyd edilmişdi.

Fiziologiya İnstitutunun direktoru, biologiya üzrə elmlər doktoru Ulduz Həşimova bir müddət əvvəl bildirmişdi ki, Azərbaycanda indiyə qədər yaşı verifikasiya edilən uzunömürlülərin təxminən 50 faizinin sənəddəki yaşı ilə əsl yaşı fərqlənib:

“Çox zaman verifikasiya zamanı onların sənəddə göstərilən yaşları öz təsdiqini tapmır. Lakin 1927-28-ci ilə qədər anadan olanların qeydiyyatı daha qeyri-dəqiq aparılıb. Bu məlumatlar əsasən pasport göstəricilərinə görə tərtib olunub. Yaş verifikasiyası aparıldıqda isə bu rəqəmlər xeyli aşağı düşür. Yaşı verifikasiya edilənlərin təxminən 200-250 nəfərinin əsl yaşı sənəddə göstəriləndən 2-3 il fərqlənib. Sənəddəki yaşı ilə real yaşı arasında hətta 30 il fərq olan insanlar da olub”.

Xəbər 4365 dəfə oxunub.




03.11.2025  19:39 

Bu şəhərdə qan su yerinə axır

03.11.2025  15:25 

Kürəkənə 10 il iş verildi

03.11.2025  14:44 

“Şəbnəmdən zəhləm gedir”


BÜTÜN XƏBƏRLƏR +