Deputatın köməkçisi vətəndaşın adından kredit götürüb? - İDDİA
Azərbaycan 4 günlük iş rejiminə keçir?
Azərbaycanlılar ABŞ-dən deport olunur?
Xaricdən avtomobil alanlara qadağa qoyulur?
Kirayə evlərlə bağlı inanılmaz YENİLİK
Həbs edilən azərbaycanlı fəaldan xəbər YOXDUR
“Mahal“ MTK sədrinin ölkədən çıxışına QADAĞA
Nazirliyin üç tenderinin nəticələri ləğv olundu
Səfirimizin Rusiya XİN-ə çağırılmasına münasibət - RƏSMİ
Qrenlandiyalıların 85%-i ABŞ-a qoşulmaq istəmir


23.09.2021  21:10 

İldırım, güclü külək, yağış və sel təhlükəsi var - FHN





A+  A-

Fövqəladə Hallar Nazirliyi əhaliyə müraciət edərək, hava şəraiti ilə əlaqədar müvafiq təhlükəsizlik qaydalarına riayət etməyə çağırıb.

XəzərNews FHN-ə istinadən xəbər verir ki, müraciətdə deyilir: "Milli Hidrometeorologiya Xidmətinin məlumatına görə, sentyabrın 25-i gündüzədək ölkə ərazisində hava şəraitinin qeyri-sabit keçəcəyi, güclü külək əsəcəyi, bəzi yerlərdə şimşək çaxacağı, arabir leysan xarakterli yağış yağacağı, ayrı-ayrı yerlərdə intensiv və güclü olacağı, dolu düşəcəyi, çaylarda sululuğun artacağı, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçəcəyi proqnozlaşdırılır.

Belə ki, bəzi dağ çaylarından qısamüddətli daşqın və sel keçməsi ehtimalı ilə əlaqədar daşqın və sel təhlükəli ərazilərdən uzaq durmaq, bu təhlükə ilə üzləşdikdə dərhal yaxınlıqdakı yüksəkliyə qalxmaq tövsiyə olunur.

İldırımın səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün elektrik cihazlarını şəbəkədən ayırmaq, telefonla (sabit şəbəkə, mobil, taksofon və s.) danışmamaq, açıq havada olarkən elektrik xətti, ildırım ötürücüsü, navalça və antenaya yaxınlaşmamaq, daldalanmaq üçün hündür ağacların altında gizlənməmək və bu məqsədlə çökək yer seçmək, avtomobildə olduqda hərəkəti dayandıraraq şüşələri qaldırıb ildırımın bitməsini gözləmək tövsiyə edilir.

Həmçinin, güclü küləyin səbəb ola biləcəyi təhlükələrdən qorunmaq üçün diqqətli davranaraq yüngül konstruksiyalı və müvəqqəti tikililərdən, bina və reklam lövhələrindən uzaq durmaq, elektrik dirəyi və naqillərinin, hündür ağacların altında dayanmamaq tövsiyə olunur. Güclü külək zamanı yanğınların söndürülməsi mürəkkəbləşdiyindən yanğın təhlükəsizliyi qaydalarına ciddi riayət edilməlidir".

Xəbər 2172 dəfə oxunub.




29.01.2025  10:49 

Prezident sərəncam imzaladı

29.01.2025  10:32 

Qubada kişi dəm qazından BOĞULDU

29.01.2025  10:29 

Yasamalda 5 otaqlı ev YANIB

29.01.2025  10:18 

Ceyhun Bayramov Türkiyəyə GETDİ


BÜTÜN XƏBƏRLƏR +