“Rabitəbank” müştərilərini niyə itirir?
Abşeronda partlayış oldu: 5 nəfər YARALANDI
Vardanyan da hakim qarşısına ÇIXARILDI
Tender qalibi olan “Unisell“ə bağlı müəmma
Sabiq deputatın şirkəti CƏRİMƏLƏNİR?
Rusiya və İran arasında saziş İMZALANDI
Cahangir Əsgərovun xanımı vəfat etdi
Bakıda restoran YANDI
Ölmüş bədənlərdə əxlaq AXTARANLAR
38 min manatdan çox dələduzluq edən şəxs SAXLANILDI


18.09.2020  12:37 

Sərhəddən külli miqdarda dərman keçirmək istədilər





A+  A-

Bakı Baş Gömrük İdarəsinin “İpək Yolu” gömrük postunun 1-ci anbarında İrandan ayrı-ayrı şəxslərə məxsus yüklər daşıyan 44BF294/44ZA002 nömrə nişanlı yük avtomobilinə Skanlaşdırma və texniki nəzarət vasitələrinin tətbiqi şöbəsinin əməkdaşları tərəfindən rentgen qurğusu tətbiq edilməklə gömrük yoxlanılması aparılıb.
Dövlət Gömrük Komitəsindən XəzərNews.az-a verilən məlumata görə, yoxlama zamanı rentgen qurğusunun monitorunda şübhəli cizgilər əməkdaşların diqqətini cəlb edib, buna görə kosmetik vasitələr kimi bəyan olunan malların hər birinə ayrı-ayrılıqda fiziki yoxlama aparılması qərara alınıb. Baxış zamanı avtomobilin yarımqoşqusunda daşınan kosmetik vasitə yüklərinin arasında malların aşkar edilməsinin çətinləşdirən üsullardan istifadə etməklə gizlədilmiş müxtəlif adda 1307 qutu maz-kremlər, 420 qutu dərman vasitələri, 769 ədəd stomatoloji ləvazimatlar aşkar edilib.

Hazırda faktla bağlı Bakı Baş Gömrük İdarəsinin Əməliyyat və Təhqiqat İdarəsinin Təhqiqat şöbəsində araşdırma aparılmaqla qeyd olunan dərman vasitələri və stomatoloji ləvazimatlardan ibarət malların Azərbaycan gömrük ərazisinə qanunsuz yollarla gətirilməsini təşkil edən şəxslərin müəyyən edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilir.

Xəbər 1905 dəfə oxunub.




17.01.2025  18:14 

Bakıda restoran YANDI

17.01.2025  15:08 

Hakan Fidan Azərbaycana gəlir

17.01.2025  13:17 

Həkim qazdan boğulub öldü

17.01.2025  12:52 

Sabah Bakıda yağış yağacaq


BÜTÜN XƏBƏRLƏR +