Ona niyə “Yetim İlyas“ deyərmişlər?
Əliyevdən İrəvana tarixi zərbə
Əli Əsədov İrana getdi
Ukrayna dronları Belqorodu vurdu
Rusiya 174 təşkilatı terrorçu siyahısına əlavə etdi
Suriyadakı səfirliyimizin fəaliyyəti bərpa edildi
Keyt Kelloq Ukraynaya gedir
Nazirlik əməkdaşı intihar etdi
Prezident Azər Qasımovu vəzifəsindən azad etdi
Zelenski Əbu-Dabidə...


22.11.2017  11:39 

Yaponiya İmperatoru taxtdan imtina edir





A+  A-

Yaponiyada İmperator Akihitonun taxt-tacdan imtinası üzrə komissiyanın yığıncağı dekabrın 1-də keçiriləcək.
XəzərNews.az AZƏRTAC-a istinadən xəbər verir ki, bu barədə Yaponiya Nazirlər Kabinetinin baş katibi Yoşihide Suqa noyabrın 22-də keçirilən fövqəladə mətbuat konfransında məlumat verib.

Baş katib deyib: “İmperator ailəsi üzrə komissiyanın yığıncağı dekabrın 1-də keçiriləcək”.

Tərkibinə dövlət orqanlarının və İmperator ailəsinin üzvlərinin daxil olduğu komissiyanın İmperator Akihitonun sağlığında taxt-tacı vəliəhd-şahzadəyə təhvil verməsi ilə əlaqədar kompleks məsələləri müzakirə edəcəyi gözlənilir. Yığıncaqda cəmiyyəti daha çox narahat edən taxt-tacın təhvil verilməsinin tarixinin də dəqiqləşdiriləcəyi bildirilir.

Xatırladaq ki, Yaponiya parlamenti cari ilin iyununda taxt-tacın İmperator Akihitodan vəliəhd şahzadəyə ötürülməsi barədə qanun qəbul edib. Həmin qanunda taxt-tacın təhvil verilməsinin dəqiq tarixi öz əksini tapmayıb. Qanunda bu barədə qərarın üç il ərzində qəbul ediləcəyi və qərarın qəbulu üçün hakimiyyətin hər üç qolunun nümayəndələrinin iştirakı ilə İmperator ailəsi üzrə komissiyanın toplaşacağı qeyd edilib.

Məsələ burasındadır ki, Yaponiyada taxt-tacın təhvil verilməsi yalnız mərasim xarakteri daşımır. Bu Gündoğar ölkədə tarix həm Avropa qaydasında, həm də İmperatorun hakimiyyətdə olduğu illər üzrə aparılır. İlkin olaraq taxt-tacın 2019-cu il yanvarın 1-də ötürülməsi nəzərdə tutulurdu. Lakin yeni il ərəfəsində monarxın işinin həddindən çox olduğunu bildirən İmperator dəftərxanası bu təklifi qəbul etməmişdi. Bildirilmişdi ki, yeni İmperatorun taxt-taca aprelin əvvəlində, Yaponiyada yeni maliyyə ilinin başlanğıcında çıxması maliyyə və mühasibat sənədlərində baş verə biləcək anlaşılmazlıqları aradan qaldırar.

Akihitodan sonra Yaponiyada yeni İmperator onun böyük oğlu Narhito olacaq. Onun yeganə qızı Aiko qanuna əsasən vəliəhd ola bilməz. Buna görə də vəliəhd-şahzadə statusu Naruhitonun kiçik qardaşı şahzadə Akisino Fumihitoya keçəcək. O, həm də İmperator ailəsində taxt-tacın yeganə varisi, 11 yaşlı Hişahitonun atasıdır.

Xəbər 1429 dəfə oxunub.



17.02.2025  19:38 

Əliyevdən İrəvana tarixi zərbə

17.02.2025  19:04 

Ölüm, gəl, tanış olaq!

17.02.2025  18:44 

Əli Əsədov İrana getdi

17.02.2025  18:25 

Ukrayna dronları Belqorodu vurdu

17.02.2025  17:27 

Keyt Kelloq Ukraynaya gedir

17.02.2025  17:07 

Nazirlik əməkdaşı intihar etdi

17.02.2025  16:33 

Zelenski Əbu-Dabidə...

17.02.2025  15:28 

İranlı spiker Bakıya GƏLİR

17.02.2025  15:18 

“Fedya” vəfat etdi

17.02.2025  14:41 

ADY-də yeni təyinatlar olub


BÜTÜN XƏBƏRLƏR +